“Report”un xəbərinə görə, ölkədə sentyabrın 1-dən 4-dək qeyri iş günüdür.
Belə ki, ayın 1-də və 2-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq.
Əmək Məcəlləsinə əsasən, sentyabrın 2-si şənbə gününə təsadüf etdiyindən sentyabrın 4-ü də qeyri-iş günü olacaq.
Beləliklə, Qurban bayramı ilə əlaqədar sentyabrın 1-dən 4-dək tətil olacaq. Sentyabrın 5-i isə iş günüdür.