Əbülfəz Qurbanlı və Rafiq Daşdəmirlinin “istefa”sına səbəb olan ŞOK SƏNƏD

0
6

Əbülfəz Qurbanlı və Rafiq Daşdəmirlinin “istefa”sına səbəb olan ŞOK SƏNƏD

Ramiz Tağıyevə verilən mühüm bir əlyazma Əli Kərimlinin əlinə niyə və necə keçib?

Bu günlərdə Azərbaycan Xalq Cəbhəsi Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirlinin tutduğu vəzifədən uzaqlaşdırılmasına səbəb olan detallar barədə geniş məlumat vermişdik. Həmin xəbərdə biz Rafiq Daşdəmirlinin partiya rəhbərliyinin dediyi kimi “öz ərizəsilə istefa verməsi” ilə bağlı deyil, tamamilə başqa motivə görə AXCP rəhbərliyinin qəzəbinə tuş gəlməsini aydınlaşdırmışdıq. Məlumatda bildirilirdi ki, Rafiq Daşdəmirli öz əlilə yazdığı hansısa əlayazmanın qurbanına çevrilib. Xatırladaq ki, son günlər ərzində AXCP-də yaşanan təlatümlərə səbəb olan həmin əlyazmaAzinforum.az-ın əlinə keçib.
Məlum olub ki, AXCP daxilində güclü qruplaşma savaşı gedir və həmin əlyazmanın üzə çıxması Əli Kərimli üçün gözəl manevr imkanı yaradıb. Necə deyərlər, hər bir detal onun xeyrinə işləyib.
Qeyd edək ki, son günlər ərzində ifşa olunan qruplaşmanın başında Razi Nurullayev durub. Həmin qrupun başlıca hədəfi AXCP-nin qurultayı olub. Yaxın aylarda keçirilməsi nəzərdə tutulan qurultayda qruplaşma partiyaya ağır zərbə vurmağı planlayırmış. Lakin Razi Nurullayevin planlarının üstü Əli Kərimli tərəfdən tez aşkar olunduqdan sonra, birincinin partiyanı tərk etməkdən başqa çarəsi qalmadı.
Bizə verilən məlumatda bildirilir ki, əvvəl həmin anti-Gözəl Bayramlı və Həsən Kərimov qruplaşması lider kimi hazırda həbsdə olan Semur Həzini qəbul edirmiş. Onun həbsi və Razi Nurullayevin maddi durumu yaxşı olmayan cəbhəçilərə arada pul “qıstırması” sabiq sədr müavinini önə çıxarıb. Bir sözlə, Razi Nurullayevi itirən qrupa rəhbərlik Sahib Kərimliyə tapşırıldıqdan sonra, vəziyyət bir qədər nəzarətdən çıxıb. Qruplaşma AXCP rəhbərliyinə qarşı mətbuta kompromatlar ötürməyə başlayıb və həmin yazılardan birinin əlyazması Əli Kərimlinin əlinə keçib.
Qeyd edək ki, yazının AXCP rəhbərliyinə necə ötürülməsilə bağlı da biz məlumat vermişdik. Bir nəfər radikal müxalifətçiyə verilən həmin əlayazma Həsən Kərimova göstərilir. Sədr müavini xətti görən kimi tanıyır və “bunu Rafiq Daşdəmirli yazıb”, deyir.
Əldə etdiyimiz məlumata görə, AXCP sədrinin gənc müavini Əbülfəz Qurbanlının da istefasının kökündə məhz bu amil durub. Çünki Əbülfəz Qurbanlının da Gözəl Bayramlı- Həsən Kərimli qrupu ilə münasibətləri gərgin olub və onun da əlyazmadan xəbərdar olması dəqiqdi.
Bir sözlə, AXCP-ni daxildən sökən proses hələ yekunlaşmayıb. Tam dəqiqliyilə deyə bilərik ki, həmin əlyazmadan bir çox funksionerlərin xəbəri olub. Hazırda ən çətin durumda qalan isə partiyanın funksioneri Sahib Kərimlidi. Onun partiyadan uzaqlaşdırılan Ağaşirin Tanrıverdioğlunun üstünə hücum çəkməsinin kökündə də “yanan” əlyazma faktorunun durduğu bildirilir. Sahib Kərimlinin gəldiyi qənaətə görə, həmin əlyazmanı Ağaşirin Tanrıverdioğlu məqsədli şəkildə Əli Kərimli ilə gərgin münasibətdə olan Ramiz Tağıyevə verib. Onda isə maraqlıdır, Ramiz Tağıyevə verilən mühüm bir əlyazma Əli Kərimlinin əlinə niyə və necə keçib? Bu barədə bir az sonra…

Rövşən ƏLİ

LEAVE A REPLY