Türkiyədə şok hadisə- Gəmi iki yerə bölündü

0
5
Monqolustan bayrağı altında üzən “Leonarda” adlı  yük gəmisi dünən gecə saatlarında təmirə aparılarkən iki yerə bölünüb. Hadisə Mərmərə dənizinin Sarıyer Kilyos sahillərində baş verib.
Moderator.az Türkiyənin “Milliyyət” qəzetinə istinadən xəbər verir ki, gəminin içərisindəki 11 nəfərlik heyət sahil mühafizə xidmətinin dəstələri tərəfindən xilas edilib. Məlumata görə, 1975-ci ildə istehsal olunan 114 metr uzunluğundakı yük gəmisi Kilyos sahillərində suya batıb. Bir müddət belə qalan gəmi gecə saatlarında iki yerə bölünüb. Xilas edilən heyət üzvləri ambulanslarla ərazidəki xəstəxanalara çatdırılıb.