Komaya düşən yeniyetmə 25 gündən sonra ayıldı –Ağdaşda

0
4

Ağdaş rayonunda 25 gün koma vəziyyətində qalan yeniyetmə ayılıb.

“Report”un Şirvan bürosunun məlumatına görə, iyulun 25-də rayonun Tofiqli kənd sakini, 2002-ci il təvəllüdlü Fərhad Səhrab oğlu Ədilov atdan yıxılaraq ağır bədən xəsarətləri alıb.

O, qohumları tərəfindən ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Komatoz vəziyyətdə olan xəstəyə qapalı kəllə-beyin travması, beyin əzilməsi diaqnozu qoyulub və onun müalicəsinə başlanılıb. Xəstəxananın həkimləri yeniyetməninin müalicəsi üçün səfərbər olunub.

F.Ədilovu müalicə edən həkimlərdən biri Əli Haqverdiyev “Report”un yerli bürosuna bildirib ki, hazırda xəstənin vəziyyəti satbildir: “Hadisə nəticəsində o, huşunu itirmişdi və ağır vəziyyətdə xəstəxanaya gətirilmişdi. Onun sağalması üçün xəstəxananın bütün həkimləri əllərindən gələni edirdilər”.

Həkim deyib ki, durumu ağır olduğuna görə qohumları xəstəni Bakıdakı özəl klinikalardan birinə köçürmək istəyirdilər. Onun fikirincə, bu da rayon xəstəxanalarında çalışan həkimlərə inamsızlıqdan irəli gəlir: “Lakin biz köçürülmənin daha da riskli olduğunu izah edib onları bu fikrdən daşındırdıq. Biz həm ağır vəziyyətdə olan xəstənin sağalması, həm də onun paytaxtdakı klinkaya köçürlməsini əngəllədiyimiz üçün ikiqat məsuliyyət daşıyırdıq. Əgər ona bir şey olsaydı bizim həkimləri günahkar hesab edib xəstənin köçürlməsinə icazə vermədiyimizi deyəcəkdilər. Ona gör də bütün qüvvəmizi səfərbər etdik və bunu bacardıq. Təcrübəli həkimlərimizin səyi nəticəsində yeniyetmə komadan ayıldı. Apardığımız intensiv müalicə nəticəsində onun nitqi də bərpa olundu. Artıq 31 gündür ki, xəstəxanada müalicə olunan yeniyetmənin vəziyyəti getdikcə yaxşılaşır. Xəstəxanamızın bütün tibb personalı baş verən möcüzədən sevinc hissi keçirir. Hesab etmək olar ki, o yenidən doğulub”.