“Barselona” Arda Turanla bağlı fikrini dəyişdi

0
2

“Barselona” Arda Turanla bağlı fikrini dəyişdi

“Barselona” rəhbərliyi bu yay heyətə cəlb olunan və daha əvvəl icarəyə verilməyəcəyini açıqladığı Arda Turan haqında fikrini dəyişib.

Apasport.az saytının məlumatına görə, FİFA-nın cəzası ilə əlaqədar türk futbolçunu həm rəsmi, həm də hazırlıq oyunlarında oynatmağa icazə verilmədiyi üçün katalonlar onu formasını itirməməsi üçün yarım mövsümlük başqa kluba yollamaq barəsində düşünür.

Yerli mətbuata açıqlama verən Xose Bartomeu kimin prezident seçiləcəyindən asılı olmayaraq bu məsələni baş məşqçi Luis Enrike ilə müzakirə olunacağını və ulduz futbolçu haqqında düzgün qərarın veriləcəyini deyib.

İspaniya mətbuatı iddia edir ki, bu həftəsonu keçiriləcək seçkilərdə kim qalib gəlsə, ilk ciddi işinin Arda Turan məsələsi olacaq.

Yarımmüdafiəçi ya La Liqa klublarından birinə, ya da türk klublarına icarəyə veriləcək. Ancaq bu keçiddə ilk şərt Çempionlar Liqasında iştirakla bağlı olacaq.

LEAVE A REPLY