Çayı isti-isti içənlərə XƏBƏRDARLIQ

0
4

Çayı isti-isti içmək mədə xərçənginin yaranmasına səbəb olur. Bu haqda Gümüşhane Sağlamlıq mərkəzinin müdir yardımçısı Volkan Kara məlumat verib.

Mədə xərçənginin müalicə edilməyəcəyi təqdirdə ölümlə nəticələnəcəyini deyən Volkan Kara, isti halda maye qidalar qəbul etməyin zərərləri haqda söhbət açıb.

O, isti çayla yanaşı, alkoqol, siqaret, nitrat, nitrit, narkotik maddələrin də mədə xərçənginin yaranmasına zəmin yaradacağını deyib. “Mədə xərçəngi xəstəliyi günümüzdə müşahidə edilən xəstəliklərdən biridir. Bu xəstəliyin yaranmasına ilk olaraq siqaret çəkmək zəmin yaradır. Alkoqol və isti qidalar qəbul etmək bu xəstəliyi daha gücləndirir. Bu səbəbdən qidaların isti-isti qəbul edilməməsinə diqqət etməliyik”- Volkan Kara bildirib.

Çay və qəhvəni 70 dərəcə C.-dən yuxarı temperaturda içməyin xərçəng xəstəliyini tutulma riskini 8 dəfə artıdığını deyən Volkan Kara onu da bildirib ki, çay və qəhvənin çox isti içilməsi doğru deyil. İsti qidaların qismən soyumasını gözləməklə mədə xərçənginin yaranmasının qarşısını almaq mümkündür.