Şəhid bacısı: “Adamlar tanıyıram maşınları da var, evləri də var, amma bizdən fərqli olaraq sosial yardım alırlar”

0
7

Şəhid bacısı aidiyyatı qurumlardan kömək gözləyir…

Şəhid bacısı: “Adamlar tanıyıram maşınları da var, evləri də var, amma bizdən fərqli olaraq sosial yardım alırlar”

Yəqin çoxlarımıza məlumdur, ya da çoxlarımızda pisxoloji olan bir durumdur yol gedərkən- fərq etməz piyada və ya avtomobillə yol kənarında olan obyektlərin adlarını oxumaq uçuq-sökük evlərə baxıb o evdə yaşayan ailələrin necə pis vəziyyətdə yaşadıqları haqqında düşünmək. Yaxud hansısa villalara baxıb orda necə bir xoşbəxt ailənin yaşadığını təsvir etmək. Bütün kasıb ailələr eyni cür bədbəxt olurlar, amma varlı ailələr hərəsi bir cürə xoşbəxt olurlar.
Buzovna qəsəbəsi Naxçıvan küçəsində bir qəbirstanlıq yerləşir. Bakı şəhərinin müxtəlif yerlərindən insanlar öz yaxınlarını sözü gedən qəbirstanlıqda torpağa tapşırır. Həmin qəbristanlığın yaxınlığında qatar vaqonunda çox yoxsul şəraitdə yaşayan bir ailə diqqətimi cəlb edirdi. Ürək ağrısı ilə ailənin başçısı milliyətcə azərbaycanlı olsa da adı Sergeydir. Sergeyin ailəsi çox pis durumda yaşadıqlarına görə ailə başçısından müsahibə götürmək üçün icazə alıb həmkarım Dəyanət Babayevlə yollandıq ailənin yaşadığı qəbristanlıqda yerləşən uçuq-sökük vaqona. Tam səmimiyyətlə etiraf edim ki, sözü gedən ailə çox pis vəziyyətdə yaşayır, urək ağrıdıcı bir vəziyyətdə.

Yayın qızmar, dözülməz günlərində, qışın soyuq oğlan çağında uçuq-sökük vaqonda yaşayan üçüncü qurup gözdən əlil, şəhid bacısı və qardaş-bacısı olmayan balaca bir məktəbli uşaqla tanış olaq.

-Sergey, mümkünsə öz haqqınızda qısaca məlumat verərdiniz zəhmət olmasa.

-Paşayev Sergey Paşa oğlu. 1963-cü ilin oktyabrn 25-i Qusar rayonu İmamqulu kəndindən anadan olmuşam.

-Xanım zəhmət olmasa siz də öz haqqınızda qısaca məlumat verərdiniz.

-Paşayeva Nargilə Rizvan qızı. 1969-cu il fevralın 15-i Balakən rayonunun Katex kəndində anadan olmuşam.

-Oğlunuzun adı Əkrəmdir?

-Hə rəhmətlik qardaşımın adını qoymuşuq.

-Qardaşınız cavan rəhmətə gedib?

Bəli… İsayev Əkrəm Rizvan oğlu Qarabağımızın azadlığı uğrunda 1994-cü il aprelin 14-ü Ağdam rayonunun, Küllücə kəndində son nəfəsinə kimi döyüşərək şəhid olmuşdur.

-Nə zamandan bu uçuq-sökük vaqonda yaşayırsınız?

2007-ci ildən. Ailə qurduğumuz bir gündən. Baxın, yaşayış tərzimiz belədir. Suyu pulla alırıq bir kub metr 4 manata. Qazımız yox, heç bir mətbəx şəraitimiz yox. Özünüz görürsünüz bir uçuq-sökük vaqonda yaşayan ailə hansı şəraitdə yaşaya bilər? Bundan artıq nə ola bilər ki?

-Yoldaşınız üçüncü qrup gözdən əlil, siz özünüz də şəhid bacısı olaraq aidiyyatı orqanlara müraciyyət etmisiniz?

-Bəli, dəfələrlə müraciyyət etmişik. Xəzər rayonundan deputat seçilmiş birinci xanım Mehriban Əliyevaya 2014-cü ildə məktub vasitəsi ilə müraciyyət etmişik. Hardasa bir-iki ay sonra Xəzər rayonu İcra Hakimiyyətindən nümayəndə gəlmişdi. Yalnız dedikləri bu oldu, hələ ki heç bir imkanımız yoxdur sizə köməklik göstərməyə nə vaxtsa imkanımız olsa köməklik göstərəcəyik. Məni şəhid bacısı olaraq bir sual maraqlandırır; görəsən müraciyyət etdiyimiz bir gündən bu yana Xəzər rayonu İcra hakimiyyətinin heç 100 manati olmadımı bizə azda olsa, lap cüzi koməklik edə bilsinlər? Sosial yardımla bağlı müraciət etdik bütün cəhdlər boşa çıxdı. Qəzetiniz vasitəsi ilə burdan Sosial Yardım Fonduna bir daha müraciət edirəm ailəmiz adından. Bizə də imkan daxilində başqaları kimi sosial yardım ayrılsın. Adamlar tanıyıram maşınları da var, evləri də var, amma bizdən fərqli olaraq sosial yardım alırlar.

-Nə işlə məşqul olursunuz? Dolanışıq gəliriniz hardandır?

-Hardan olacaq ay qardas? Bütün ailəliklə qəbristanlığın qapsının yanında dayanırıq. Kimlərsə doğmalarını qəbrstanlığa yad etməyə gələndə kiməsə lazım olandan bizi çağrır qəbr daşlarını və ətrafını təmizləyirik bunun qarşılığında 1-2 manat verirlər. Yoldaşım Sergeylə oğlum Əkrəm qəbr daşlarının ətrafını otlardan və alaqlardan təmizləyirlər, mən də qəbr daşlarını silib təmizləyirəm. Elə gün olur qəbristanlığa heç kim gəlmir. Həmin gün gözümüz yalnız yolda qalır kimsə bəlkə gələcək çorək almağa pulumuz olsun.

-Nargilə xanım, şəhid bacısı olaraq “Millətim” qəzeti vasitəsi ilə nə kimi kömək istərdiniz?

-Qəzetiniz vəsitəsi ilə Xəzər rayonu deputatı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanımdan, Xəzər rayonu İcra Həkimiyyətindən və xalqımızın bütün xeyriyyəçi insanlarından, bütün millət vəkillərindən kömək istəyirəm. Bir cüt coraba belə ehtiyacımız var.

Nargilə xanım axırda ağlaya-ağlaya, göz yaşları yanağından süzülə-süzülə, bu ay, İyulun 22-si anamın il dönümüdür. Amma Balakən rayonuna anamın hüzuruna getməyə heç bir imkanım yoxdur. 20 manatım belə.

Söhbətləşdi: Elvin Baycan
Dəyanət Babayev

LEAVE A REPLY