İran parlamentindəki türk fraksiyası ləğv edildi –Səbəb

0
4
İran parlamentində təsis edilmiş Türk Bölgələr Fraksiyası “türk sözünün yaratdığı həssaslıqlar” səbəbilə buraxılıb.

Bu barədə Təbriz, Azərşəhr və Üskünün millət vəkili Şəhabəddin Bimiqdar məlumat verib.

O bildirib ki, Türk Bölgələri Fraksiyasının canlandırılması istiqamətində ölkənin şimal-qərb əyalətlərinin millət vəkillərindən ibarət yeni fraksiya yaradılacaq: “Bilmirəm, “türkdillilər” sözü parlamentdə necə həssaslıq yaradırsa, türkdilli fraksiyanın təşkilinə qarşı çıxırlar”.

Qeyd edək ki, İran parlamentində ilk dəfə olaraq Türk Bölgələri Fraksiyası 2016-cı ilin oktyabrında yaradılıb. 100 deputatdan çox üzvü olan fraksiyanın türk bölgələrinin iqtisadi, məişət və təhsil problemlərini ortadan qaldırmaq hədəfi ilə yaradıldığı elan olunmuşdu.(milli.az)