Turkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmur

Turkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmur

0
4
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqı və ABŞ-ın Rusiya əleyhinə olan sanksiyalarını təsdiq etmədiklərini bəyan edib.

Nazir bildirib ki, bu sanksiyalar Türkiyə iqtisadiyyatına zərər olacaq.

“Türkiyə keçmişdə sanksiyalardan çox əziyyət çəkib. Qonşumuz və tərəfdaşımız olan Rusiya qarşı tətbiq edilən sanksiyalar iqtisadiyyatımıza ciddi zərər vurur. Ona görə, biz sanksiyalar haqqında eşidəndə, onun əleyhinə oluruq. Problemləri həll etmək üçün başqa yollar axtarırıq. Biz Rusiyaya qarşı sanksiyalara qoşulmuruq, siyasi əməkdaşlıqa üstünlük veririk. Bütün problemləri qarşılıqlı dialoq çərçivəsində həll etmək lazımdır”,-deyə Çavuşoğlu İHA xəbər agentliyinə müsahibəsində bildirib.