Sierra Leone, rəsmi olaraq Sierra Leone Respublikası Qərbi Afrikada yerləşən bir ölkədir.
Xezerxeber.az xəbər verir ki, bu kiçik ölkənin bütün məhkumları bir həbsxanada saxlanılır.
Burada böyük cinayət törətmişlərdən tutmuş ən xırda günah işləmiş cinayətkarlara qədər bütün məhkumlar eyni yerdə yatır. Aralarında qorxunc qatillərin də yer aldığı mərkəzi həbsxanada cəmi 1100 məhkum var.
Məhkumlar balıq yığımı kimi üst-üstə qalır. Həbsxanada işgəncə, kötək və təcavüzün qarşısını almaq mümkün deyil.
Bu dəhşətli həbsxananın daxilindən görüntülər çəkən Fernando Moleres Sierra Leone həbsxana sistemini, daha doğrusu, bu dəhşətli həqiqəti gün üzünə çıxarıb. Moleresin çəkdiyi görüntülər Luis Valtuena Beynəlxalq Humanitar Fotoşəkil Mükafatı alıb.