Keçəl qalmaq istəməyənlərə FAYDALI MƏSLƏHƏT

0
9

Keçəl qalmaq istəməyənlərə FAYDALI MƏSLƏHƏT

Yaşından asılı olmayaraq saç tökülməsi bütün kişilərin qorxulu yuxusudur. Bu xəstəliyin qarşısını almaq çoxlarına müşkül məsələ kimi görünsə də, dəri həkimlərinin sözlərinə görə, əslində keçəllikdən sığortalanmaq hər kəsin öz əlindədir. Bunun üçün gündəlik qəbul edilən qidalara fikir vermək kifayətdir. Bəzi qida növləri var ki, onlar birbaşa olaraq saç köklərini daha da möhkəmləndirir və saçların daha parlaq, canlı görünməsinə səbəb olur. İndi isə bu qida növləri ilə tanış olaq.

Çərəz
Saçlarınızın sağlam olması üçün onların Omega-3 yağına ehtiyacı var. Omega-3 ilə ən zəngin qida növləri arasında isə çərəz liderdir. Bu yağ saç köklərini möhkəmləndirir və beləcə onların tökülməsinin qarşısını alır.

Zeytun yağı
Zeytun yağı E vitamini ilə olduqca zəngindir. Bu vitamin isə saçlarınızın qalınlaşmasına kömək edir. Zeytun yağının digər bir əhəmiyyəti onun sağlam saç hüceyrələrinin inkişafına kömək etməsi, dərini yumuşaq və nəmli saxlamasıdır. Saç köklərinizin nəmli qalması qırılmaların qarşısnı alır. Bu isə sizi cansız görünən saçlardan sığortalayır.

Kök
Gözlər üçün faydalı olmaqla yanaşı, kök həm də saçlarımızın inkişafına müsbət təsir göstərir. Tərkibində olan A vitamini saçlarınızın daha parlaq və sağlam görünməsinə səbəb olur.

Dənli bitkilər, dəndən hazırlanan qidalar
B7 vitamini ilə zəngin olan dənli bitkilər saçların tökülməsini və cansız görünməsinin qarşısnı alır.

İspanaq
Saçınızın parlaq və sağlam görünüşü üçün B9 da olduqca vacibdir. Orqanizm üçün müxtəlif faydalı təsirləri olan bu qidadan ən çox iki-üç həftə ərzində mütəmadi istifadə etdiyiniz halda saçınızın əvvəlki görünüşü ilə yeni görünüşünün necə fərqləndiyini görəcəksiniz.

LEAVE A REPLY