Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aqrotexniki qaydada becərilmiş 50 ədəd çətənə kolu və 2,135 kq marixuana aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Katex kəndi ərazisində Mahamalar kənd sakinləri, əvvəllər məhkum olunmuş Firuddin Xəlilov və İslam Xəlilov tərəfindən aqrotexniki qaydada becərilmiş 50 ədəd çətənə kolu və 2 kiloqram 135 qram marixuana aşkar edilərək götürülüb.