Bunu “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
N.İbrahimov bildirib ki, hazırda bazarda aktivliyin azalması evlərin qiymətinə təsir edib: “Ümumən, daşınmaz əmlak bazarında iyun ayı ərzində 0.6 faiz azalma müşahidə olunub. Ay ərzində təkrar mənzil bazarında 7 faiz, ilkin mənzil bazarında qiymətlərdə 1 faiz azalma olub, torpaq bazarında isə qiymətlər demək olar ki, stabil qalıb”.
Ekspert bildirib ki, daşınmaz əmlak bazarında alıcıların böyük əksəriyyəti mənzil almaq və ya satmaq üçün payız aylarını gözləyirlər: “Adətən bazarda aktivlik avqustun sonu, sentyabrın əvvəlində başlayır. Bazarda aktivliyin artması təbii ki, qiymət artımına da səbəb olacaq”. (Trend)