Trampın reytinqi ən aşağı səviyyəyə enib –Sorğu

0
6
ABŞ prezidenti Donald Trampın ölkə əhalisi tərəfindən dəstəklənmə səviyyəsi ən aşağı həddə düşüb.

Bu barədə Kvinnipeks Universitetinin apardığı sorğunun nəticəsində qeyd olunur.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 33%-i ABŞ prezidentinin fəaliyyətini müsbət, 61%-i isə mənfi qiymətləndirib.

Yanvarın 22-də keçirilən ilk sorğuda Tramp 45% müsbət və 45% mənfi rəy alıb. ABŞ  prezidenti Donald Trampın inaqurasiya mərasimi yanvarın 20-də keçirilib.

APA