Erməni politoloqdan xoflu S-400 açıqlaması:“Türkiyə S-400-ləri Naxçıvanda yerləşdirsə, Azərbaycan İrəvanı və bütün Ararat vadisini təhdid etməyə başlayacaq” – Müsahibə

0
15
“Triumf” S-400 zenit raket kompleksinin yenidən doldurulması

 

Qayane Xaçatryan

168 жам (Ermənistan), 02.08.2017
Ermənistan Beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri institutunun direktoru Stepa Səfəryanın Türkiyə və Rusiya arasındakı S-400 sövdələşməsi haqda  erməni nəşrinə müsahibəsini Strateq.az oxucularına təqdim edirik.

 

-Cənab Səfəryan, Türkiyə prezidenti mətbuat katibi bildirib ki, Rusiyadan S-400 HHM sistemlərinin tədarükü haqda razılaşma əldə olunub. Bu saziş nə deməkdir?

-Ümumilikdə Suriya müharibəsi çərçivəsində, xüsusən də keçən ilin payızında Birləşmiş Ştatlarla Türkiyə arasında ciddi fikir ayrılığı yaranıb. Səbəb Türkiyənin öz ərazisində yerləşdirilmiş “Patriot” sistemlərindən öz qərarı üzrə istifadə etmək istəyi idi. Birləşmiş Ştatlar Türkiyənin Suriyadakı məqsədlərinin onun məqsədləri ilə çox da üst-üstə düşmədiyini bildiyindən, təbii ki, buna həvəssiz razılaşırdı. Amerika tərəfi “Dəmir qalxan” əməliyyatı zamanı “Patriot”lardan Türkiyənin istədiyi qədər deyil, öz istədiyi qədər yararlandı. Və keçən ilin avqustundan Türkiyə-Rusiya münasibətlərində barışıq prosesi başladığından razılaşmalardan biri S-400 sistemlərinin əldə edilməsinə aid idi. Türkiyə bu cür hərəkətlərdə ehtiyacsızlığa can atır, çünki onun Yaxın Şərq siyasəti xüsusi şəffaflığı ilə seçilmir – bu, hərbi müdaxilə ilə hərbi siyasətdir və təbii ki, Türkiyə ehtiyacsızlığa səy edir. O bu məqsədlə gah çinlilər, gah ruslarla danışıqlar aparıb və yekunda razılaşma və saziş bağlamağa nail ola bilib ki, bu da elan olunub.

Əlbəttə, bu problem birinci növbədə Ermənistanın təhlükəsizliyinə toxunur və bu haqda narahatlığın yeri var, çünki indiyədək, xüsusən də SSRİ dağıldıqdan sonra Rusiyanın Cənub Qafqazda, o cümlədən Ermənistanda hərbi varlığı Türkiyə təhlükəsinin neytrallaşdırılması gərəkdiyi ilə izah olunub. Hazırda yetərincə qəribə olur ki, Rusiya, əslində, Türkiyəyə supergüclü sistem tədarük edir, digər yöndən hiylə edir ki, Ermənistanın təhlükəsizliyini təmin edir. Əlbəttə, saziş  bu kontekstdə adamı çaşdırır və silah satışı üzrə Rusiya siyasəti artıq təkcə  onun özü üçün deyil, həm də birbaşa Ermənistan üçün də təhlükəli olur.

-Ehtimal var ki, Türkiyə bu sistemlərdən birini Azərbaycana verəcək?

-Bu mümkündür – xüsusən də nəzərə alınsa ki, Naxçıvanda beşinci ordu korpusunun bazasında yaradılmış silahlı qüvvələr Türkiyə hərbi komandanlığına da eyni dərəcədə tabedir. Və Türkiyə başqa yerlərdə Azərbaycan kömək edə bilməsə, onda xüsusən zəif olan Naxçıvanda HHM sistemləri yerləşdirə bilər. Naxçıvan isə Azərbaycanın Axilles dabanıdır və görünür, Türkiyə tərəfdən möhkəmləndirmədən sonra Azərbaycan Naxçıvandan İrəvanı və bütün Ararat vadisini təhdid etməyə başlayacaq.

-Xüsusən də sistemlərdən birinin Ermənistanla sərhəddə yerləşdiriləcəyi haqda bəyanat nəzərə alınmaqla…

-Bəli, ola bilsin, bu sistem Ermənistanla sərhəddə yerləşdiriləcək, lakin Azərbaycanın maraqlarında istifadə olunacaq. Yəni Türkiyənin müdafiəsindən çox Azərbaycanın xeyrinə. Özəl nəzərə almalıyıq ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq yoluna qoyulub və qarşılıqlı hərbi yardım haqda müqavilə bağlanıb. Bu müqavilənin məzmunu hələ tam məlum deyil, lakin hərbi-texniki əməkdaşlıq, ümumən Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq inanılmaz dərəcədə dərindir. Uyğun olaraq, əlbəttə məsələ bu planda Ermənistanı narahat etməlidir.

-Azərbaycan müdafiə nazirinin РИА Новости-yə müsahibədə bu cür əks-tarazlığa malik olduqlarını bildirdiyi nəzərə alınsa, bu sistemlər “İskəndər”lərə qarşı əks tarazlıq rolunu oynaya bilər?

-“İskəndər”lər Naxçıvana zərbə üçün nəzərdə tutulmayıb, lakin Naxçıvan da Ermənistan üçün hədsiz dərəcədə böyük təhlükə olsa, bu cür hədəfə çevrilə bilər. Lakin istənilən halda S-400 müdafiə sistemləri dünyada ən yaxşı olmasa da, əla müdafiə sistemlərindən biridir. Mən hərbi məsələlər üzrə ekspert deyiləm, amma hesab edirəm ki, bu, ciddi problem olacaq.

-Belə çıxır ki, Rusiya bu sistemləri Türkiyəyə satacağı halda Ermənistan-Rusiya hərbi əməkdaşlığı və qalan məsələlər nəzərə alınmaqla bunlar hansısa mənada Rusiyaya qarşı yönələcək?

-Əlbəttə, belə çıxır. Mən bilmirəm, Rusiya nə dərəcədə əminlik duyur ki, bu S-400 sistemləri onun birbaşa maraqları məkanında, o cümlədən Cənub Qafqazda Ermənistana qarşı istifadə olunmayacaq. Amma qeyd olunmalıdır ki, Rusiya hərbi müdafiəsi Ermənistan üçün heç vaxt bu qədər etibarlı olmayıb və bunu tarix göstərib. Özü də təkcə bəyanatlar planında deyil, həm də əməli fəaliyyətdə. Uyğun olaraq, əlbəttə, bu, cavabı olmayan sualdır. Lakin bunun Ermənistan və Rusiya üçün çağırış olduğu aydındır. Türkiyə açıqca Azərbaycanın antiermənistan siyasətinə qoşulub və bununla da, təbii ki, Rusiya maraqları üçün də təhlükəyə dönüb.

 

Tərcümə Strateq.az-ındır.