Uyğur türklərinin assimilyasiya siyasətinə qarşı böyük mübarizəsi

0
5

Uyğur türklərinin assimilyasiya siyasətinə qarşı böyük mübarizəsi

Tarixən türk imperatorluqlarının tapdağı altında qalan və ərazisi Pekin yaxınlığındakı Çin səddi ilə məhdudlaşaraq min illər boyu daha qərbə keçməyi xəyal belə edə bilməyən Çin hökmdarları son yüz illərdə türkərin dövlət olaraq əvvəlki qüdrətlərini itirməsi və bunun da fonunda təbiidir ki, ordularının da getdikcə zəifləyərək həm döyüş metodlarının praktiki tətbiqi, həm də hərbi texnologiyalar baxımından geri qalmasından istifadə etmişdir. Bunun fonunda ərazilərini Qərbə doğru genişləndirərək Qırğızıstan sərhədlərinə, Himalay dağlarının ətəklərinədək genişləndirməyə müvəffəq olmuşlardır.
Bütün bunlar ata yurdlarında yaşayan və bu gün ümumi sayları yüz iyirmi milyona yaxın olan türk xalqlarının, xüsusən də”Doğu Türküstan” olaraq adlandırılan və Çinin ən Qərb vilayətlərindən biri olan Sintızyan uyğur vilayətində yaşayan uyğurların əsarət altına düşmələrinə səbəb olmuşdur.
Yüz illərdir ki, Çinin etnik və dini assimilyasiya siyasətinə qarşı dirənməyə çalışan bölgə türkləri üçün vəziyyət hər gün bir az daha dözülməz olmaqda, insanların həyat tərzi ağırlaşmaqdadır. Belə ki, Pekin hökumətinin verdiyi bir qərarla türk xalqlarının yaşadığı bölgələrə köç edən çinlilər üçün doğum nəzarəti qaldırılaraq onların etnik cəhətdən çoxalmasına təşviq edildiyi halda yerli xalqlar üçün bu nəzarət sistemi bütün ağırlığı ilə işləməkdə və doğulan hər ikinci uşaq üçün ciddi cəzalar tətbiq olunmaqdadır.

Sadəcə bu fakt özlüyündə insan haqlarının kobud sürətdə pozulması və bir etnik kimliyi assimilə edərək yer üzündən silmə cəhdi olaraq insanlıq əleyhinə işlənmiş cinayət olaraq qəbul edilə bilər.
Bu ilə qədər Çində yaşayan müsəlman türklərinə buddizmə keçməsi sadəcə təşviq olunur, məcsid və sair ibadət, dini təhsil verilə biləcək binaların tikintisi süni vasitələrlə əngəllənirdi. Ayrıca insanları dindən soyuda bilmək üçün psixoloji metodlar və digər vasitələrdən də istifadə edilirdi. Ancaq indi dövlət məmurları və şagirdlərin, ümumiyyətlə təhsil alan bütün kəsimin oruc tutması rəsmi sürətdə qadağan olunmuşdur. Əlbəttə, bu Çin hökumətinin müsəlman nüfuzu çox istəməsi və isti yay günlərində bədənlərinin su itkisində sağlamlıqlarını itirmə təhlükəsi ilə qarşı-qarşıya qala biləcəklərini düşünmələrindən deyildir. Doğrusunu götürsək Çin hökuməti nəinki bu ölkədə yaşayan türklərin fiziki və psixoloji sağlamlıqları ilə maraqlanmır, hətta onların sağlamlıqlarına zərər vura bilmək üçün əlindən gələni edir.
Pekin hökumətinin bu əməllərinə misal olaraq bütün nüvə tullantılarının məhz Sintzyan uyğur vilayətində basdırıldığını, nüvə şaxtalarında çalışdırılanların isə yerli əhali olduğunu göstərə bilərik. Nüvə tullantılarının məhz bu əraziyə basdırılma səbəbləri Çinin digər ərazilərini radiasiya təhlükəsindən və bu təhlükənin törədə biləcəyi fəsadlardan qorumaqla bərabər həm də məhz Uyğurları radiasiya təhlükəsi ilə üzbəüz qoymaqdır. Əgər belə olmasaydı, onda ən azından nüvə qəbristanlıqlarından biri və ya bir neçəsi ölkənin başqa ərazilərində yerləşdirlərdi. Amma bütün bunların olmaması sadəcə Çində yaşayan türklərə deyil, dünyanın dörd bir tərəfində yaşayan və millətçi hisslərini itirməmiş bütün türkdilli insanlara Çində yaşayan türklərin gələcək taleləri üçün narahat olmağa əsas verir.
Çində yaşayan on milyonlarla türk Çin zülmünə, etnik və dini assimilyasiya siyasətinə daha nə qədər tab gətirə bilər? Əlbəttə, bu gün bütün dünyada yaşayan türklərin üzərinə böyük vəzifələr düşməkdədir. Ən azından biz, media mənsubları Çin zülmünü əngəlləyə bilməsək belə, Doğu Türküstanın bu fəryadını, onların haqlı mübarizələrini bütün dünyaya çatdıra, müsəlmanlar zülm görərkən kar olan qulaqları, kor olan gözləri aça bilərik.
Məqsədimiz Doğu Türküstanın Çindən ayrılaraq müstəqil dövlət olması deyildir. İlkin mərhələdə bunun üçün edə biləcəyimiz hər hansı bir şey də yoxdur. Amma ən azından onların uğradıqları zülm və psixoloji işgəncənin nisbətən qarşısını ala bilsək, buna qismən də olsa xidmətlərimiz olsa özümüzü dünyanın ən xoşbəxt insanlarından biri hesab etməliyik. Şəxsən Doğu Türküstan məsələsi mənim qəlbimdə qanayan yaradır və o bölgədə Çin zülmü sona çatmayanadək də o yara qaysaq bağlamayacaq…

Zaur

LEAVE A REPLY