“Mənə satılan torpaq sahəsi başqa şəxslərə satılıb”

0
7

Oxucu şikayəti

“Mənə satılan torpaq sahəsi başqa şəxslərə satılıb”

Redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən Bakı Şəhər, Xəzər Rayon Binə qəsəbəsi, Hövsan Südçülük Savxoz sakini, Mirzəyev Əbdul Novruz Oğlu bir qrup dələdüz tərəfindən başına gətirilənlərdən danışdı. Vətəndaşımızın şikayətində ən ürək ağrıdıcı məqam isə orasındadır ki, demək olar mümkün bütün instansiyalara şikayət ərizəsi ilə müraciət etməsinə baxmayaraq bir ildən artıqdır ki, onun problemi həll olunmamış qalır. Əbdül bəyin şikayətini ictimailəşdirmək və həllinə az da olsa tövhəmizi verə bilmək üçün olduğu kimi siz əziz oxucularımıza və aidiyyatı orqanlara çatdırırıq:
“Mən 02.12.1969-cu ildə Lerik Rayonu Coni kəndində doğulmuşam. Atam Mirzəyev Novruz Əbdul oğlu 1915-ci ildə Lərik Rayonu, Coni kəndində anadan olmuşdur. Böyük Vətən muharibəsinin əlilidir. 1995-ci ildə vəfat edib. Anam Abdullayeva Gürcü Mahmud Qızı hal-hazırda yaşayır. Yeddi övlad sahibidirlər, üç oğlan, dörd qız. Yeddi övladdan dördü əlildir. Onlardan ikisi- böyük qardaşım Mirzəyəv Əhəd və Abdullayeva Tərifə birinci qurup gözdən əlildirlər.
Yaşadığımız Lerik Rayon Coni kəndində sosial problemlərin heç biri həll olunmadığından və həyat səviyyəsi əlil iinsanlar üçün işgəncə sayılacaq qədər ağır olduğundan onları Bakı şəhərinə gətirmək məcburiyyətində qaldım. Bütün qohumlar toplanaraq ailəmizin əlil üzvlərinə gələcəkdə ev tikmək məqsədi ilə torpaq almaq qərarına gəldik. Əlil olan bacı-qardaşımın pensiyalarını illər boyu yığdıq və üstünü də qohum-əqraba düzəldərək Bakı Şəhər, Xəzər rayonu Binə Qəsəbəsi Hövsan Südçülüq Soxozunda satışda olan 10 sot torpaq sahəsini almaq istədik. Bir qrup şəxs məlumatsızlığımdan sui-istifadə edərək güya onlara məxsus olan 10 sot torpaq sahəsini mənə 2014-ci ilin iyun ayında yeddi min Azərbaycan manatına satdılar. Təxminən on gün sonra həmin torpaq sahəsinə baxmaq üçün getdiyimdə gördüm ki, mənə satılan torpaq sahəsi başqa şəxslərə satılıb.
Mən həmin torpağı satan şəxslərə bunu bildirmək üçün zəng vurub məsələni onlara bildirdim. Ramin, Nizami və Cəlal adlı bu şəxslər mənim yaşadığım evə hücum edərək məni və ailə üzvlərimi hədələdilər. Bir də sən nə torpağı, nədə pulunu bizdən istəsən səni və ailə üzüvlərini birlikdə gecə ilə öldürərik. Birinci qrup gözdən əlil bacımın qorxudan ürəyi getdi o gündən şəkər xəstəliyinə tutulub. Həmin gün Xəzər rayon polis şöbəsinə müraciət etdim. Polis şöbəsində heç kim şikayətimi qəbul etmədi. Mən də Azərbaycan Respublikası Prokuroru Zakir Qaralov cənablarına yazılı sürətdə şikayətimi 08.09.2014-cü ildə bildirdim; mədaxil qəbzin nömrəsi 95242485.
Həmin məktuba əsasən məni Xəzər Rayon birinci Polis bölməsinə çağırıb izahat aldılar, lakin yenə də cinayətkarlara qarşı heç bir tədbir görülmədi. Mən yenidən Azərbaycan Respublikasının Milli Məclisinin sədri Oktay Əsədov cənablarına yazılı sürətdə 13.10.2014-ci il qəbz nömrəsi 97200141 şikayətimi bildirdim. Təəssüf ki, bu dəfə də heç bir tədbir görülmədi.
Heydər Əliyev Fondunun Prezindenti, Azərbaycanın Birinci Xanımı Mehriban Xanım Əliyevaya yazılı sürətdə şikayətimi iki dəfə bildirdim; 13.10.2014-ci il və qəbz nömrəsi 97199167. Yenə məni polis şöbəsinə çağırıb izahat aldılar. Lakin cinayətkarlara qarşı heç bir tədbir görülmədi. Yenə də Mehriban Xanım Əliyevaya şikayət ərizəmi çatdırdım; tarix 28.01.2015, qəbz nömrəsi 103888355. Ayrıca Azərbaycan Respublikasının Daxili İşlər naziri Ramil Usubov cənablarına şikayətimi yazılı sürətdə 28.01.2015-ci il, qəbz nömrəsi 103.888455 tarixində bildirdim.
Məni Xəzər Rayon Polis şöbəsinə çağırıb izahat aldılar, amma bu dələduzlara qarşı tədbir görülmədi.
161 Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə 24.04.2015-ci il tarixində zəng vuraraq şikayət etdim, heç bir cavab gəlməyincə həmin idarəyə getdim və şikayətim barədə soruşdum. Məni Azərbaycan Respublikası Prokururluğuna göndərdilər. Ordan məni yenidən Xəzər Rayon Prokururluğuna göndərdilər, yenə də heç bir tədbir görülmədi. Yenidən məni Bakı Şəhər Baş Polis idarəsinə çağırdılar izahatımı alıb bildirdilər ki, iş Bakı Şəhər Prokurorluğuna göndərildi, həmin vaxt 20.05.2015-ci il tarixində idi. O vaxtdan indiyə kimi heç bir tədbir görülməyib”.

Oxucu məktubu qəzetin çapa getməyə hazıqlandığı son məqamda redaksiyamıza gəldiyindən vətəndaşımızın şikayətləri ilə bağlı gələn saylarımızdan birində daha dəqiq araşdırma aparmağa, əgər mümkün olarsa dələduzluqda ittiham edilən şəxlərlə də əlaqə saxlayaraq onların də məsələyə münasibətlərini öyrənməyə çalışacağıq.

Murad

LEAVE A REPLY