Xəstəlik, yoxsa seçim?

0
6

Qüdrət Əzizov
Xəstəlik, yoxsa seçim?

Son günlərin ən aktual məsələlərindən biri ABŞ-ın bir ştatının verdiyi qərar oldu. Həmin qərar ki, eynicinslilərin evlənməsini dəstəkləyirdi. Və beləliklə ABŞ-ın bütün ştatları bu qanunu qəbul etmişdi və sona qalan bir ştat da qəbul etdi. Bütünlükdə ABŞ-da bu qanun qəbul edildi.
Bəs, bizim ölkədə bu cür qanun qəbul edilsə, cəmiyyət necə reaksiya verər. Həmin eynicinslilər nələri edər? Çünki hazırda cinsi azlığın nümayəndələri küçədə gəzərkən belə qorxurlar. Mən ölkəmizdə bu tip qanunların qəbul edilməsini, hətta müzakirəsini belə dəstəkləmirəm. Amma xəstə doğulmuş insanlara qarşı lazımsız davranışların da əleyhinəyəm.
Onların bu cür həyat sürməsinin seçim, yaxud xəstəlik olduğu barədə araşdırma apardım.Və sonda nəticə olaraq bunun uşaq vaxtından müalicə edildikdə həllini tapdığını öyrəndim. Qadın hormonlarının çoxluğu nəticəsində belə bir formaya gəlib çıxırlar. Çoxu qəbul etməsə də, Azərbaycan cəmiyyətində cinsi azlıq nümayəndələrinin olması və saylarının getdikcə artması faktdır. Bakıda 12 ildir ki, “LGBT” adlı cinsi azlıqların hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilat fəaliyyət göstərir.Müdafiə edən də peşmandır, etməyən də…
Onlara bəzən üzdəniraq deyənlər də olur, müdafiələrinə qalxanlar da. Azərbaycan insan haqlarını müdafiə edən Beynəlxalq Konvensiyaya qoşulub və insanları cinsi seçiminə görə təhqir etmək, aşağılamaq, cəmiyyətdə sıxışdırmaq qanunaziddir. Amma onların müdafiəsi çox çətindir. Cəmiyyətdə hamı tərəfindən eyni cür qəbul edilməyən insanları müdafiə etmək birmənalı qarşılanmır. Müdafiə isə, “yaxınlarından kiminsə gey və ya transintimual olmasına razı olardınmı” sualı ortaya çıxdığı andaca axsayır.
Bir neçə il öncə Bakıda “LGBT” sədri, özünü asaraq intihar etdi. O, hər kəsi öz rəngində sevin dəyə şüar qoydu bu dünyada. Və onun ölümündə bəlkə də bizlər günahkarıq. Onlar xəstədir, buna görə onları söymək, döymək, ölümə təhrik eləmək düzgün deyil. Bu canı biz onlara verməmişik ki, bizdə alaq.
Azərbaycanda nə qədər cinsi azlığın olduğunu tam göstərən statistika yoxdur. Hətta onların hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilat belə bu barədə dəqiq rəqəm söyləyə bilmir. Təşkilatda isə son bir ildə sözügedən səbəbdən bir neçə nəfər işdən çıxarılıb. İşdən çıxarılanlar arasında nüfuzlu fondlardan birində çalışan da var. Əsasən isə banklardan və dövlət müəssisələrindən qovulurlar. Bu səbəbdən də onlar qazanc üçün daha çox şou-biznes aləminə və gözəllik salonlarına üz tutur.
Bu tip insanların olmasını arzu etməsək də, bu gəncləri olduqları kimi qəbul etməliyik. Onları yolda görəndə barmaqla göstərməkdən, təhqir etməkdən, döyməkdən və s. çəkinməliyik. Onları bu xəstəlikdən xilas etmək lazımdı. Bizlər öz həyatımızı yaşamalıyıq, başqalarının həyatına müdaxilə etməyə ixtiyarımız və haqqımız da yoxdur . Mən cinsi azlıqları dəstəkləmirəm, amma onların mənə maneçiliyi yoxdur, narahat etmirlər. Bu şəxslər də dünyaya gəlib və həyatlarını yaşamalıdır. Etdiklərinə görə isə özləri cavab verəcəklər bizlər yox. Kimliyindən asılı olmayaraq insanları ölümə təhrik etməyin.

LEAVE A REPLY