![1](http://milletim.info/wp-content/uploads/2017/07/1-346-696x522.jpg)
Qusar rayonunda göldə batmış şəxsin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, rayonun Köhnə Xudat kəndində göldə batmış 2002-ci il təvəllüdlü Abbasov Abdulla Mehdi oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.