Türkiyədə yayılan Koksaki virusu Azərbaycanda qeydə alınıbmı? –Açıqlama

0
4

Azərbaycanda indiyədək Koksaki virusuna yoluxma halı qeydə alınmayıb.

Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib. A.Əliyeva bildirib ki, Azərbaycanda yoluxucu xəstəliklərə qarşı ciddi əks-epidemik tədbirlər aparılır. Qurum rəsmisi Azərbaycanda indiyədək Krım-Konqo hemorragik qızdırma xəstəliyinə yoluxma halının da müşahidə edilmədiyini söyləyib.

Qeyd edək ki, hazırda Türkiyədə əsasən, uşaqlar arasında Koksaki virusu yayılıb. Azərbaycandan hazırda Türkiyəyə xeyli sayda turistin getdiyini nəzərə alsaq, bu xəstəliyin ölkəmizə keçmə ehtimalı ola bilər.

Hüceyrədaxili parazit sayılan Koksaki virusuna yoluxan insanlarda qızdırma, ishal əlamətləri, səpgi özünü göstərir. Koksaki virusu qrip virusu kimi insanlara daha çox hava-damcı yolu ilə keçir. Buna görə də xəstəlik insanlar arasında sürətlə yayılır. Bu virusa məktəbəqədər və məktəbyaşlı uşaqlar daha çox yoluxurlar. Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə insan orqanizminin yoluxması isə əsasən gənə dişləməsi, yoluxmuş heyvanların qanı və digər bioloji mayeləri ilə sıx təmas nəticəsində baş verir.

Son zamanlar respublikanın həmsərhəd dövlətlərində Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı epidemioloji vəziyyət gərginləşdiyindən səhiyyə naziri Oqray Şirəliyev onun yayılmasının qarşısının alınması üçün tibb idarə və müəssisələrinin rəhbərlərinə bır sıra tapşırıqlar verib.