Deputatın broyler fabrikində partlayış –Ölən və yaralananlar var + ADLAR

0
4
Lerik rayonunda broyler fabrikində partlayış olub.

Hadisə Piran kəndi ərazisində qeydə alınıb.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, hadisə kəsim sexində olub.

Hadisə nəticəsində fabrikdə işləyən, Lerikin Piran kənd sakini, 1982-ci il təvəllüdlü Valeh Oruc oğlu Məmmədov dünyasını dəyişib.

Partlayış nəticəsində daha iki nəfər – 1978-ci il təvəllüdlü Mehman Ağamir oğlu Əliyev və 1975-ci il təvəllüdlü Akif Oruc oğlu Aslanov xəsarət alıblarAPA.

Mətbuatda yayılan məlumata görə, partlayış baş verən fabrik deputat İqbal Məmmədova məxsusdur…