İstifadə olunmuş çay paketlərinin ağıla gəlməyən faydaları – FOTOLAR

0
4
İstifadə olunmuş çay paketləri 5 müxtəlif problemin həllinə yol açaraq, büdcəmizə xeyli dərəcədə kömək olur.

 
 
1.Bədəndə zərbədən yaranan ləkələri  yaxşılaşdırır
Bədəninizdə zərbə nəticəsində yaranan kiçik göyərmələrdən tezliklə xilas olmaq istəyirsinizsə 1 ədəd istifadə olunmuş çay paketi kifayətdir. Yaş çay paketini zədəli hissəyə basın və təxminən 5 dəqiqə gözləyin. Bir saatdan bir bu hərəkəti təkrar etmək kifayətdir.
2.Ağcaqanad və hörümçək sancmasına yaxşı təsir göstərir 
İstifadə edilmiş yaş çay paketini milçək, ya da hörümçək sancan yerin üstünə qoyun və düşməməsi üçün sarğı bezinin köməyi ilə sarıyın. Yarım saat bu şəkildə gözləyin.
3.Qoxunu yox edəcək
Ayaqqabılarınızın içərisinə qoyduğunuz quru çay paketləri ayaq qoxusunu yox edəcəkdir. Axşam ayaqqabınızın içinə çay paketini qoyun. Səhər qalxdıqda qoxunun uçub getdiyini görəcəksiniz.
4.Yağa qarşı güclü təsirə malikdir
Yağ və yemek qalıqları  üzündən zəifləmiş əlüzyuyanları çay paketləri sayəsində aça bilərsiniz. Zəifləmiş əlüzyuyanın içərisinə isti su tökün və çay paketini əlüzyuyana atıb gözləyin.
5.Soyuducudakı pis qoxuları aradan qaldırır
Bir qabın içinə 2 ədəd istifadə olunmuş çay paketi qoyun. Soyuducunun hər hansı bir rəfinə yerləşdirdiyiniz çay paketləri soyuducudakı pis qoxunun əmələ gəlməsinin qarşısını alacaq.