Diş həkiminə ömrünüzdə cəmi bir dəfə gedəcəksiniz – MÖHTƏŞƏM KƏŞF

0
4

Londonun Kraliça Mariya Universitetinin alimləri dişi müalicə edən plomb ixtira ediblər. Sehirli materialın tərkibi isə yalnız təbii komponentlərdən ibarətdir.

Publika.az-ın məlumatına görə, bu plomb nəinki dişləri qırılmaqdan qoruyacaq, həmçinin kariesin də qarşısını alacaq.

Bu mükəmməl kəşf artıq mütəxəssislərin bütün sınaqlarından keçib və növbəti ildən etibarən istifadə olunmağa başlanacaq.

Daimi plomb diş dəliyinə doldurulan zaman boşluğu minerallarla təmin edərək, dişin tərkibi ilə qarışıb, onu ftor, fosfor və kalsium ilə təmin edir. Beləcə, diş özünü bərpa edir. Bundan əlavə möcüzəvi ixtira dişlə tam reaksiyaya girdiyi üçün arada sızıntı qalmır. Bu da bakteriyaların qarşısını alır.

Mütəxəssislər qeyd edir ki, daimi plombu yalnız bir dəfə qoyduracaqsınız. 1 neçə aydan sonra isə o özünü tam bərpa edib, sağlam dişə çevriləcək..

Daimi diş plombunun üstünlükləri:

1. Dişinizi müalicə etmək üçün yalnız bir dəfə həkimə müraciət edəcəksiniz.

2. Bu plombun tərkibi təbii maddələrdən ibarət olduğu üçün sağlamlığınıza zərər yetirmir.

3. Qoydurduğunuz adi plomb bir müddət sonra ovulub tökülür, lakin bu sehirli ixtira ilə yeni sağlam diş qazanırsınız.

Sağlamlığınızı qoruyun!