Bu barədə vəkil Əsabəli Mustafayev Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, ərizəçilər 2012-ci ildə Gəncə Universitetində təhsil alıblar: “Bir gün dostlarıgildə qonaq olarkan namaz vaxtına təsadüf edir və onlar bir yerdəibadət edirlər. Bu zaman polislər mənzilə hücum edib, hamısını tutub aparırlar. Təqribən 20 saat heç bir sənəd olmadan polisdə saxlanırlar. Tələbələr qanunsuz dini təbliğat adı ilə məhkəməyə aparılırlar. Məhkəmətələbələrin hər birinə 2000 manat cərimə və ölkədən deportasiya olunmaqları barədə qərar qəbul edir. Tələbələr macal tapıb hüquqi yardım üçün yerli hüquq müdafiəçilərinə, sonuncular isə bizə müraciət edirlər. Birgə səyləapellyasiya şikayəti, vəsatətlər verildi. Deportasiya cəzası ləğv olundu, cəriməisə qüvvədə saxlanıldı. Bu şəxslər artıq təhsillərini yekunlaşdırıb vətənləriəgeri qayıdıblar”, vəkil qeyd edir.
Mustafayev Avropa Məhkəməsinə Avropa İnsan Hüquqları Konvensiyanın bir sıra maddələrinin, o cümlədən vicdan azadlığının pozuntusu barədə şikayət etdiyini bildirib: “Avropa Məhkəməsi dini məzmunlu daha iki iş üzrə kommunikasiya başlayıb. Bu işlərdə ərzəçilər “Yeqovo Şahidləri” təriqətinin üzvləridir vəonların hüquqlarını xarici vəkillər müdafiə edir”.
Kommunikasiyası başlamış daha bir iş xarici vətəndaşların Azərbaycanda məcburi əməyə cəlb olunmaqları barədədir. Bu işdə vəkil Müzəffər Baxışdır.