Mobil telefona aludəçilik valideyn – övlad münasibətlərini dağıdır –Alimlərdən həyəcanlı çağırış: “Telefonu yerə qoyun!”

0
6
 Çoxları üçün smartfonsuz həyat təsəvvür etmək belə mümkün deyil. İcad olunduğu vaxtdan bəri məətin ayrılmaz parçasına çevrilmiş müasir smartfonlar mini-kompüterlər olaraq insana bir çox funksiyaları həyata keçirməkdə kömək edir. Son yeniliklərdən tutmuş dostlarla təmasda qalmağadək əksər ehtiyacları ödəyən kiçik cihazlarda saatlarla vaxt keçirmək olar.

Lakin hər yaxşının bir bədəli olduğu kimi, smartfon da bədəlsiz deyil. Konkret valdideyn-uşaq münasibətlərinə gəldikdə bir qrup alim smartfonu yerə qoymağı məsləhət görür.

Smartfondan istifadə edən valideynin yanında olarkən övlad özünü diqqətə qeyri-layiq, sevgisiz və cılız hiss edir, deyə pediatr-psixoloq Mek Meeker xəbərdarlıq edir.

Boston Tibb Mərkəzinin açıqladığı son araşdırmanın nəticələri göstərir ki, valideynlər smartfondan istifadə edəndə, övladlar onların diqqətini cəlb etmək üçün fərqli davranışlara üz tuturlar. Araşdırma həmçinin müəyyən edib ki, telefonlarına aludə olmuş valideynlərin diqqətini uşaqlar cəlb etməyə çalışanda, onlar bundan əsəbiləşir və uşaqlarla qısa müddətli təmas acıqlı xarakter alır.

Restoranların birində telefona başı qarışmış valideynlərin uşçaqlarla rəftarını izləyən mşüahidəçilər oraya maraqlı tapıntılar çıxarıb. Bir uşaq əlləri ilə anasının sifətindən tutub başını mobil tabletdən qaldırmağa və nəzərlərini özünə cəlb etməyə can atır. Başqa bir ana telefona baxdığı vaxt onun diqqətini dəfələrlə cəlb etməyə çalışan uşağı stol altından ayağı ilə vurur. Yaxud, ata sərt və acıqlı tonda övladlarının onu telefondan ayırmaq səylərinə reaksiya verir.

Sonradan ömrü boyu özünə-inamlı olmaq üçün həyatlarının ilk beşilliyindəuşaqların valideynlərlə möhkəm tellər qurmasına inanan pediatr kimi bu araşdırma məni sarsıdır,” – deyə Dr. Meeker yazır. O, öz təcrübəsində valideyn nəvazişindən kənarda qalmış və bu üzdən həyatları tarmar olmuş çox sayda yeniyetmə gördüyünü xatırladır.

“Bir neçə il bundan öncə beş yaşlı uşağı müayinə edərkən anasına zəng gəldi. Qadın telefona cavab verdi. Bu vaxt balaca oğlan nəzərlərini mənədikib söylədi: “Biz evdə onun telefonuna “ailə qatili” deyirik.” Köprpələrin dilindən həyatımızın ən mühüm dərsləri səslənir.”

Meekerin peşəkar rəyinə əsasən yaxşı valideyn olmağın tələbləri kifayət qədər sadədir – sadəcə, uşağa diqqət göstərmək lazımdır: “Uşaqların gözlərinin içinəbaxın, onları havada yellədin. Diz üstə qabağlarında əyilib onları necə çox istədiklərinizi deyin. Televizoru söndürün, birlikdə gəzməyə, velosiped sürməyə gedin.”

İşləyən valideynlər üçün bu, bəzən bir az çətin ola bilər. Lakin uşaqla keçirilən hər bir ana verilən dəyər, onun keyfiyyəti bəzən birlikdə keçirilən vaxtın azlığını kompensasiya edir: “İnsanın üzləşdiyi ən ağrılı təcrübə yalqızlıq ola bilər. Vəəgər uşaq yaşadığı həyatda ona heç kəsin diqqət ayırmadığını görürsə, o, özünü məhz belə hiss edəcək. Odur ki, əziz dostlar, o gözəl uşaqların hər birinin xatirinə sizə üzümü tutub səslənirəm: Telefonu yerə qoyun!” –Doktor Meeker fikrini tamamlayır. (Amerikanın Səsi)