“Tanışlıq, tapşırma, qohum bazlıq, ayrı-seçkilik hallarına da qəti şəkildə son qoyulmalıdır”

0
4

“Tanışlıq, tapşırma, qohum bazlıq, ayrı-seçkilik hallarına da qəti şəkildə son qoyulmalıdır”

Əli Orucov: “Oyunlara 8 milyard vəsaiti Azərbaycan dövləti ayırıb, onun təşkilini, təhlükəsizliyini, bütün yükünü Azərbaycan dövləti və xalqı üzərində daşıyıb, odur ki, bu oyunların keçirilməsi böyük sayılırsa bu uğur bütünlükdə Azərbaycanındır”

AMİP Siyasi Şurasının üzvü, “Millət” qəzetinin baş redaktoru Əli Orucovla Azərbaycanda olan son durumla bağlı maraqlı söhbət etdik. Ə.Orucovun qəzetimizlə bölüşdüyü maraqlı fikirlərini oxuculara təqdim edirik:

-Əli bəy Bakıda keçirilən 1-ci Avropa Oyunları arxada qaldı. Sizin bu Oyunlarla bağlı təəssüratlarınız necə oldu?

-Ümumi götürdükdə təəssüratlarım pis olmadı. Açlış mərasimindən tutmuş, idmançılarımızın çıxışları və bağlanış mərasimləri daxil izlədim. Etiraf etmək lazımdır ki, belə iri miqyaslı tədbirin yüksək səviyyədə keçirilməsi və eyni zamanda atletlərimizin uğurlu iştirakı böyük zəhmət, məsuliyyət tələb edirdi. Bu oyunlar artıq tarixə çevrildi. Yaponlar demiş, uğurlar bizim, lakin uğursuzluqlar kimin ayağına yazılacaq. Bu oyunlarda hədəf nə idi, qarşıya qoyulan məqsəd və qazacımız nədən ibarət oldu kimi suallara aydılıq gətirmək daha yaxşı olardı. Ucdan tutma özümüz-özümüzü tərifləməklə, görülən işlərdən və mərasimlərin gurultusundan və işartısında çıxıb da hərtərəfli yanaşma sərgilənməlidir. Deyirlər ki, 1-ci Avropa Oyunları Azərbaycanı dünyaya tanıtdı və Avropanın bir parçası olduğunu, idmana böyük diqqət göstərdiyimiz bir daha sübutladı. Mən bu fikirlərlərlə o qədər də şərik deyiləm. Əvvəla, tanınmağın başqa yolları da var. Nədənsə, hakimiyyət bu yolla Azərbaycanı dünya birliyinin və Avropa ailəsinin dəyərlərini mənimsəyən bir üzvü olmasına həvəs göstərmir. Hətta, bunu süngü ilə qarşılayır. Digər tərəfdən bu oyunlar əksinə bir çox sahələrdə, xüsusən də idmanla, təşkilatçılıqla, təhlükəsizliklə, ölkə əhalisinin oyunlara təşviqi ilə bağlı çox ciddi problemər var. Böyük və müasir standartlara uyğun idman qurğularının, arenaların tiklməsi, qazanılan medalların sayına görə Azərbaycanın ikinci yer tutması, təntənəli və gürültulu açılış, bağlanış mərasimlərinin keçirilməsi ölkənin idman ölkəsi olması demək deyil. Milyonlarla vəsait xərclənməsinə baxmayaraq idman hələ də kütləviləşdirmək mümkün olmayıb. Oyunlarda iştirak edən komandamızın 291 heyətlik tərkibində 17 ölkədən alınmış 90 idmançının olması, qazanılan medalların təxminən yarıya qədəri onların payına düşməsi idmanımız haqqında heç də göründüyü kimi ürəkaçan mənzərə yaratmır. Eyni zamanda Bakı sakinlərinin xüsusən də büdcədə çalışanları məcburən idman salonlarına aparılması, idarə və müəssisələrə bilet satdırılması ilə kütləvilik idmana sevgi aşılamaq mümkün deyil. Digər sahələrdə olduğu kimi iqtidarın idmanla bağlı siyasəti də səhvdir. Hakimiyyət uzun müddətli əziyyət çəkmədən, kapital qoymadan, yerli potensilalı yetişdirmədən və onlaradn istifadəyə həvəs göstərmədən qısa və asan yolla idmanda uğurlar qazanmağı hədəfləyir. Milyonlarla vəsaiti xarici legionerlərin transferinə xəcləməkdənsə, bunu daxili potensialın üzə çıxarılmasına, ölkənin özündə idmançıların və məşqçilərin, texniki heyətin yetişdirilməsinə yönəltmək lazımdır. İdmana qayğı orta məktəblərdən başlamalıdır. Bədən tərbiyyəsi və idman dərslərinə dırnaqarası baxılmasına son qoyulmalıdır. Bu fənlər əsas fənlər kimi nəzarət altına alınmalıdır.

-Cənab Prezidentin sərancamı ilə qalib gələn oyunçularımız yüksək səviyyədə dövlət və pul mükafatları ilə mükafatlanıdırılb. Sizsə deyirsiz ki, idmana qayğı göstərmək lazımdır. Göstərilir axı…

-Mən bunu idmana qayğı hesab etmirəm. Bu idmanın yox uğur qazanan idmançılara göstərilən fərdi yanaşma və fərdi diqqətdir. Bu da lazımdır. Lakin idmana qayğı konseptual və kopmleks şəklində olmalıdır. Rayonlarada milyonlarla dəyərində olan Olimpia mərkəzləri tikilib. Ancaq orda məşq etmək, ondan yararlanmaq mümkün deyil. Niyə? Çünki həmin komplekslər imkanlı və vəzifəli şəxslərin istirahət və qazanc yerləridir. Azərbaycanda idmana təkcə qazanc və varlanmaq mənbəyi, vəzifə tutmaq üçün bir fürsət kimi yanaşılmamalıdır. Təəssüf ki, Azərbaycanda bu tendesiya davam edir. Ona görə də bir dəfə medal almaqla vəzifələrini bitmiş hesab edirlər və idmandan ayrılaraq karyeralarını tamam ayrı sahələrdə, xüsusən də, gəlir gətirən hüquq-mühafizə və kömrük orqanlarında qururlar. Siz heç Azərbaycanda hanısa idmançının 2, 3 qat Olipia çempionu titulunu qazandığını eşitmisinizmi? Beləsi yoxdur. Amma qonşu Rusiyada, Türkiyədə 2, 3, 4, hətta, 5 qat Olimpia çempionları var. İdmandan ayrılandan sonra da onlar yeni nəsil idmançıların yetişdirilməsinə xidmət göstərirlər. Amma bizdə həmin idmançıların təcrübəsindən və imkanlarınadan istifadəyə yer qalmır. Elə götürək Atıcılıq üzrə idman növünü. Bu növdə Zemfira Məftəhəddinova 2004 Sidney Olimpiadasının, qızıl mükafatçısı, yaxud da Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumova kimi peşəkar və yüksək səviyyəli idmançılarımızın olmasına baxmayaraq 1-ci Avropa Oyunlarına bu idman növündə ölkəmizi idmançı təmsil etmədi. Yaxşı olardı ki, dünya şöhrətli idmançılarımız estafeti gənc nəslə ötürsünlər. Yeri gəlmişkən bir məsələni də qabartmaq istərdim. Heç kəsə sirr deyil ki, idman hazırlıqlarına gedən, özünü bu sahədə sınamaq istəyən gənclər çox vaxt maliyyə çatışmazlığı ucbatından istəklərini həyata keçirə bilmirlər. Uşaq idman məktəbləri demək olar ki, yox səviyyəsindədir, yaxud da özfəaliyyət dərinəyini xatırladır. Və bu məşqlərin də, məşqçilərin də pulunu məhz valideyinlər ödədiyindən hər kəsin buna imkanı çatmır. Elə istedadlı uşaqlarımız var ki, onların üzərində davamlı işlənilsə, ardıcıl məşğələlərə cəlb edilsələr, onlardan böyük uğurlar və yüksək nəticələr gözləmək olar. Tanışlıq, tapşırma, qohum bazlıq, ayrı-seçkilik hallarına da qəti şəkildə son qoyulmalıdır.

-Azərbaycanın 1-ci Avropa Oyunlarında devidentləri nə oldu. Xüsusən də siyasi baxımdan?

-Bu oyular həm də onu göstərdi ki, Azərbaycanda dünya səviyyəli mütəxəsisilər ya yoxdur, ya da onlara etibar edilmir. Siz 1-ci Avropa Oyunlarının Əməliyyat Komitsəinin tərkibinə baxsanız görərsiz ki, hamısı böyük məbləğdə pul hesabına cəlb edilmiş əcnəbilərdir. Elə mərasimlərin bədii tərtibatçıları da xarici mütəxəsiislər idi. Yaxşı onda məntiqi sual yaranır, Azərbaycanda “n” qədər “Azərbaycan incəsənt xadimləri” var, ordenli, medallı, fəxri adlı sənət adamları var. Ali məktəblər, kolleclər fəaliyyətdədir. Bunlar bəs onda nəyə lazımdir? O ki qaldı, Azərbaycanın qazancına, iqtisadi cəhətdən bu olmadı. Əksinə yalan gerçək 8 milyard vəsaitin xərclənməsi israfçılıq və mənimsəmənin göstəricisi oldu. Oyunlara qatılan heyətlərin, xaricdən gələnlərin xərclərinin qarşılanmasını da doğru hesab etmirəm. Azərbaycan siyasi baxımdan elə böyük qazancla çıxmadı. Azərbaycan hakimiyyətinə beynəlxalq basqılar artdı. Kəsərləşdi. Müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, Azərbaycan hakim elitası öz siyasi məqsədləri üçün yaralanmağa daha çox cənfəşanlıq edirdi. Sanki bu mötəbər və böyük miqyaslı oyunları Azərbaycan deyil, hakim elita keçirir və onlara aiddir. Mən bundan öncəki müsahibələrimdə də dəfələrlə bildirmişəm ki, belə tədbirlərdən ayrı-ayrı siyasi düşərgələr və qurupların deyil, ümumilikdə Azərbaycanın təbliğinə və maraqlarına istifadə etmək lazımdır. Halbuki ölkənin aparıcı müxalifət partiyalarında biri olaraq AMİP də bu oyunların yüksək səviyyədə keçirilməsinə siyasi dəstəyini ifadə edib və buna müsbət yanaşıb. Başa çatan 1-ci Avropa Oyunlarını təktərəfli olaraq gecə-gündüz hakim ailənin təbliğatına çevrilməsi düzgün deyil. Bu oyunlara 8 milyard vəsaiti Azərbaycan dövləti ayırıb, onun təşkilini, təhlükəsizliyini, bütün yükünü Azərbaycan dövləti və xalqı üzərində daşıyıb, odur ki, bu oyunların keçirilməsi böyük sayılırsa bu uğur bütünlükdə Azərbaycanındır.

-Əli bəy, yeri gəlmişkən, cəmiyyətdə Avropa Oyunlarından sonra vətəndaşlara sürpriz hazırlandığı haqda şaiyələr dolaşmaqdadır. Bunula bağlı bağlı fikirləriniz bilmək istərdik.

-Yayılan şaiyələr bilərkdən ortaya atılıb. Banklara olan borclar bağışlanacağı ilə bağlı deyilənlər qeyri-ciddidir. İnanılmaz və mümkün olmayan söz-söhbətləri ortaya atmaqla cəmiyyətdəki narazılıqları səngiməsinə cəhd göstərilir. Manatın devalvasiyasından sonra əhalinin maddi və sosial durumu daha da pisləşdi. On minlərlə vətəndaşımız bankların soyğunçuluğu ilə üzləşdilər. Ölkədə bahalaşma artan xətlə gedir. Korrupisya, rüşvətxorluq və inhisarçılıq tüğyan etməkdədir. Bir yandan da 1-ci Avropa Oyunlarına xərclənən milyardla vəsait və bu vəsaitin bir qisminin büdcədə çalışan vətəndaşlarıməzdan və iş adamlarından məcburən xərac kimi toplanılması hakimiyyətə qarşı narazılığı pik həddinə çatdırıb. Necə deyərlər “biçaq artıq sümüyə dayanıb. Üstəlik də nüfuzlu beynəlxalq qurumların Azərbaycan iqtidarına ardıcıl və getdikcə sərtləşən təzyiqləri onları çıxılmaz vəziyyətə salıb. Belə bir vəziyyətə hakimiyyət qəsdən bu cür şaiyələri dövrəyə buraxmaqla getdikcə dərinləşən və təhlükəli hal alan narazılıqları bir qədər sakitləşdirmək istəyir. Gah Dağlıq Qarabağın geri qaytarılacağını, gah islahatlar aparılacağını, gah qorxu yarada biləcək informasiyalar yayırlar. Xalqın belə şaiyələrə inanmağını, haqqını israrla və qətiyyətlə tələb etməsini daha doğru, daha real hesab edərdim.

Söhbətləşdi: Leyla

LEAVE A REPLY