Mənzil verilən jurnalist CÜTLÜKLƏR

0
2
Jurnalistlər üçün tikilən binada mənzil verilən KİV nümayəndələrinin tam siyahısı açıqlanıb.

Siyahıdan bəlli olur ki, mənzil alan jurnalistlər arasında cütlüklər də var. Modern.az onların siyahısını təqdim edir:

Elçin Bayramlı, Lalə Mehralı – ikisi də müstəqil jurnalistdir.

Əliəsgər Behbudlu, Sevda Behbudlu – bu evli cütlüklərdən ər müstəqil jurnalistdir. Sevda Behbudlu isə AzTV-nin əməkdaşıdır.

Məğrur Əliyev, Fərəh Sabirqızı – ər “Kaspi” qəzetinin, xanımı isə CBC TV-nin əməkdaşıdır.

Natiq Ağayev, Nəzakət Fərhadova – birinci ATV-nin, ikinci isə AzTV-nin jurnalistidir.

İlham Rəfiyev, Nüşabə Hüseynova – müvafiq olaraq müstəqil jurnalist və “Space” TV-nin əməkdaşı.

Asəf Quliyev, Kəmalə Quliyeva – müstəqil jurnalist, xanımı isə lent.az saytını əməkdaşıdır.

Etibar Qurbanov, Fərqanə Qurbanova – hər ikisi “Space” TV-nin əməkdaşıdır.

Kənan Məhəmmədov, Günay Məhərrəmova – ər Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin əməkdaşı, xanımı isə müstəqil jurnalistdir.

Afət Məmmədov, Xuraman Məmmədova – ər “Xalq” qəzetinin, xanımı isə “İki sahil” qəzetinin əməkdaşıdır.

Elməddin Muradlı, Xəyalə Muradlı – ər “Üç nöqtə” qəzetinin redaktoru, həyat yoldaşı isə lent.az saytının əməkdaşıdır.

Ramin Nazıyev, Çimnaz Ağakişiyeva – hər ikisi İTV-nin əməkdaşıdır.

Zahid Nurəliyev, Rəna Hacıyeva – ər teleqraf.com saytının redaktoru, xanımı isə müstəqil jurnalistdir.

Qulu Ağsəs, Laura Quliyeva – ər “Ulduz” jurnalının baş redaktoru, xanımı isə müstəqil jurnalistdir.