Azərbaycan sərhədi 200 metr irəli çəkilib? – Rəsmi açıqlama

Azərbaycan sərhədi 200 metr irəli çəkilib? – Rəsmi açıqlama

0
6
Son günlər bəzi informasiya resurslarında guya Gürcüstan sərhədçi­lərinin Samux rayonunun Burunqovaq kəndi istiqamətində sərhəd xəttini təxminən 200 metr Azərbaycan ərazisinə doğru irəli çəkmələri barədə məlumat yayılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, bu məlumatlar həqiqətə uyğun deyil və internet resursların­da bu kimi yoxlanılmamış məlumatların yayılması yanlış fikirlərin formalaşması, həmçinin əsassız müzakirələrə şərait yaradır.