Qaraciyəri bərpa edən N vitamini. Tanış olun!

0
4

N vitamini (lipoy turşusu) keçmiş əsrin ortalarında aşkar olunub. Bu tam vitamin deyil, vitaminə bənzər maddə sayılır.

Lakin bu maddə orqanizmə olduqca güclü təsir göstərir.

İlk növbədə N vitamini orqanizmdə gedən turşuma proseslərini ləngidir. Alimlərin fikrinə görə, məhz bu proseslər orqanizmin qocalmasına və bir çox xroniki xəstəliklərin, o cümlədən xərçəngin inkişafına səbəb olur.

Həmçinin N vitamini şəkərli diabet xəstəliyinin inkişafının qarşısını alır.

Digər faydalı təsirlər arasında:

– qaraciyərin fəaliyyətini bərpa edir, orqanı mənfi təsirlərdən qoruyur

– sinir və immun sistemlərinin fəaliyyətini yaxşılaşdırır

– güclü antioksidantdır – orqanizmi cavan saxlayır

– insultun qarşısını alır

– beyinin fəaliyyətini yaxşılaşdırır

– qanda xolesterolun səviyyəsini aşağı salır, aterosklerozun inkişafını ləngidir

– iş qabiliyyətini artırır, insanı daha gümrah edir

N vitamininin mənbələri: maya, ispanaq, düyü, kələm, mal əti, ürək, qaraciyər, süd, yumurta.

N vitamini dərman preparatları şəklində də buraxılır.