Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədrinin ermənilərlə işbirliyi olub?

0
4

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədrinin ermənilərlə işbirliyi olub?

General Zakir Nəsirov azadlığa buraxılır?

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev ətrafında yaranmış qalmaqal böyüyə bilər. İndi diqqət əsasən ilk Avropa Oyunlarına yönəlsə də, aldığımız məlumata görə C.Hacıyev və adları maliyyə fırıldaqlarında hallanan bir çox iş adamı barədə ciddi araşdırmalar aparılmaqdadır. Təsadüfi deyil ki, Beynəlxalq Bank “iş”ini qanqster Hacı Məmmədovun qan donduran qətlləri ilə eyniləşdirənlər də var. Çünki C.Hacıyev də ölkənin bank sisteminə öldürücü zərbə vurub.
Bankirin daha öncə bir qrup Fransiz iş adamından aldığı böyük miqdarda maliyyə vəsaitinin izini ustalıqla itirə bilməsini, qanqster “Hacı”nin qətlə yetirdiklərini uzun müddət izsiz saxlaya bilməyinə bənzədənlər də tapılıb. Bütün bu oxşarlıqlar yenidən Hacı Məmmədov və eləcə də C.Hacıyevin xanımı Zamirə Hacıyevanı oğrulamağı, bunun əvəzində “beynəlxalq bankir”dən külli miqdarda pul almaq sifarişini verdiyi iddia edilərək ömürlük həbs cəzasına məhkum edilmiş Daxili İşlər Nazirliyinin Cinayət Axtarış. İdarəsinin sabiq rəisi, general Zakir Nəsirovu xatırladıb.
Qanqster Hacı istintaqa və eləcə də məhkəməyə verdiyi ifadələrdə bildirmişdi ki, 2005-ci ilin fevral ayında Beyənlxalq Bankın prezidenti C.Hacıyevin arvadı Zamirə Hacıyevanı oğurlamağı ona DİN Baş Cinayət Axtarış İdarəsinin rəisi Zakir Nəsirov sifariş edib: “Zamirə Hacıyevanı oğurlamazdan bir neçə ay əvvəl Zakir Nəsirov məni yanına çağırıb Cahangir Hacıyevi tanıyıb-tanımadığımı soruşdu. Mən isə bildirdim ki, həmin adam bir dəfə “Qarabağ”a qonaq gəlib və bir yerdə çörək yemişik. Z.Nəsirovla belə razılığa gəldik ki, C.Hacıyevin arvadını oğurlayıb ondan pul alaq. Sonra isə qadını azad edək. Planı mən qurmuşam. C.Hacıyevin yaşadığı ünvanı müəyyən etdik və Zamirə Hacıyevanı nəzarətdə saxlamağı dəstə üzvü Eldar Rəhimova tapşırdıq. Zamirə Hacıyevanı qadın salonundan çıxarkən oğurlamağa nail olduq.”
H.Məmmədov məhkəməyə ifadəsində həm də onu bildirmişdi ki, əvvəlcə C.Hacıyevin arvadını azad etmək müqabilində 15 milyon avro tələb etmək istəyiblər. Sonra isə 2 milyon avroda dayanıblar.

H.Məmmədovu və Z.Hacıyevanın oğurlanması hadisəsini xatırlatmağımız səbəbsiz deyil. Belə ki, Zamirə xanım Beynəlxalq Bankın və bankın idarə heyənitinin sabiq sədri olan əri C.Hacıyevin idarə olunmasında rolunun az olmadığını söylənilir.
Z.Hacıyeva əslən Zaqatalalıdır. Həmin rayonda kifayət qədər tanınmış xanımlardan biri olan Zamirə Hacıyevanın bir müddət müəllimə kimi çalışdığı məlum olub. Nədənsə Zamirə xanım Zaqatala rayonunda “Zarina” adı ilə tanınır. Xanımın birinci ailəsi uğursuz alınıb. İlk ərinin erməni millətinin nümayəndəsi olduğu barədə də söhbətlər dolaşmaqdadır. Erməni əri ilə izdivacından bir oğlunun dünyaya gəldiyi və həmin oğlanın ölkənin çox nüfuzlu bir nazirinin qızıyla ailə qurması barədə hələlik tam dəqiqləşdirə bilmədiyimiz məlumat da geniş araşdırma tələb edir. Mötəbər mənbənin verdiyi məlumata inansaq “Zarina” xanımın atası erməni olan oğlu tez-tez ölkə xaricinə səfərlər etməklə atası və digər qohumlarıyla görüşə bilir. Hətta həmin qohumlarıyla geniş biznes əlaqələri yarada bilməsi də qeyd edilir ki, həmin biznes əlaqələrinin Fransaya qədər uzandığı söylənilir. O da məlum olub ki, C.Hacıyevə məxsus şirkətlərin əksəriyyəti “vəhhabi” təriqətinə aid iş adamları ilə ciddi əlaqələr qurub. Əsas kreditlər onlara ayrılıb və nəticədə gözə görünməyən biznes strukturları yaranıb.
Belə biznes strukturlarının mövcudluğu ölkənin bir çox rayonlarında, xüsusilə Şamaxı və Zaqatala rayonlarında öz təsdiqini tapıb. C.Hacıyevin Azərbaycanda, Rusiyada və Birləşmiş Ərəb Əmirliklərində də geniş biznesinin olduğu deyilir.
Əsasən Bakı şəhərində fəaliyyət göstərən “İdeal” parfumeriya və kosmetika mağazaları şəbəkəsinin isə Beynəlxalq Bankın sabiq “şefi” C.Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya məxsus olması da müzakirə mövzusudur. Aldığımız məlumatda o da xüsusi olaraq vurğulanıb ki, Zamirə xanım C.Hacıyevin ikinci evliliyidir. Bəzi hallarda xanımının nəzarətindən çıxmağı bacaran C.Hacıyevin özündən çox kiçik yaşlı qadınlarla yaxınlıq etməsi barədə də söz-söhbət dolaşmaqdadır. Söylənilənlərə inansaq bu kimi hallara görə C.Hacıyevin ailəsində bir müddət ciddi qalmaqallar da yaşanıbmış.
C.Hacıyevin istefaya göndərilməsindən və çevirdiyi “iş”lərin aşkarlanmasından sonra ortaya yeni müzakirə mövzusu çıxıb. İndi çoxlarını bir sual düşündürür, C.Hacıyev kimi öz şəxsi məqsədləri naminə ölkənin bank sisteminə “terror” etmiş birisinə görə bir zaman ölkəmizdə baş vermiş çoxlu sayda qətllərin və digər ağır cinayətlərin açılmasında xüsusi xidmətlər göstərmiş general Zakir Həsənovu ömürlük cəzaya məhkum etmək düzgündürmü? Axı, həmin Z.Nəsirovun ötən əsrin 90-cı illərində “Zarina” xanımın yaşadığı Zaqatala və eləcə də qonşu Balakən rayonunda baş qaldırmış bir qrup separatçı quldur dəstənin zərərsizləşdirilməsində inkaredilməz xidməti olub. Nə bilmək olar, bəlkə də məhz həmin xidmətlərinə görə indi ömürlük həbsxana həyatı yaşamağa məhkum edilmiş sabiq generaldan qisas alınıb…
Əlbəttə, ən maraqlı və narahatlıq yaradan məqam ermənilərlə biznes əlaqələrinin olmasıdır. Doğurdanmı, “Zarina” xanımın və onun oğlunun erməni qohumlarıyla biznes əlaqəsi olub sualına araşdırmalarımızla aydınlıq gətirməyə çalışacağıq.

Turan Türk

Mövzuya qayıdacağıq…
Adları qeyd olunan şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.

LEAVE A REPLY