Şəkər xəstələri dövlətdən dərmanlarını ala bilmir

0
12

Şəkər xəstələri dövlətdən dərmanlarını ala bilmir

“Dövlət tərəfindən şəkərli xəstələrə verilməli olan dərmanlar heç də həmişə onlara verilmir”.

Bunu Milli Məclisin Sosial siyasət Komitəsinin “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikası qanunu müzakirə”-si zamanı millət vəkili Elmira Axundova bildirib.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli qanunun müzakirəsi zamanı şəkər xəstələrinin sayında azalma olmayacağını, əksinə olaraq şəkərli diabet xəstələrinin sayında artım olacağını deyib.

“Şəkər xəstəliyi korluğa, insan əzasının hər hansı birinin ambutasiya olunması və bu kimi qorxulu fəsadlara verə bilir. Belə olan halda əlillərin sayı artır. Halbu ki, buna qədər, xəstəliyin müalicəsinə bundan daha az vəsait xərclənə bilərdi”.

Şəkərli diabet xəstələrinə dövlət qayğısından danışam Komitə sədri onu da bildirdi ki, şəkərli diabet xəstələri üçün Dövlət proqramı qəbul edilib. Bununla yanaşı xəstəliyə tutulmuş şəxslərə göstəriləcək tibbi yardımın həcmi və keyfiyyət standartları təsdiq olunub. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registrinin yaradılıb. Xəstələrin sayının 30 min olan vaxtı insulinin və şəkər ölçən avadanlıqların pulsuz verilməsi şəkərli xəstələrin qeydə alınmasına səbəb oldu.

“Bunun hesabına Azərbaycanda şəkərli xəstələrin qeydə alınması çox yüksək templə gedir. Bəlkə də başqa xəstəliklərin bu qıdər qeydə alınamsı yoxdur. Mütəxəssislərin fikrincə, bu elə xəstəlikdir ki, insan xəstəliyini hiss etmir”.

Millət vəkili Elmir Axundova isə şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında qanunun icrası ilə bağlı problemlərin olduğunu söylədi. Deputatın sözlərinə görə, hazırda 206 min şəkərli xəstə qeydiyyata alınıb amma heç də həmişə dövlət tərəfindən şəkərli xəstələrə verilməli olan dərmanlar onlara verilmir.

“Hazırda 206 min şəkər xəstəsi qeydiyyatdadır. Amma mən əminliklə deyə bilərəm ki, bu rəqəm rəsmi rəqəmlərdən qat-qat çoxdur. Çünki şəkər xəstələrinin böyük əksəriyyəti qeydiyyata düşmür ya da düşmək istəmirlər. İnsanların çoxu yaşlı olduğundan və poliklinikalarda növbələrdə durmaq çətin olduğundan qeydiyyata düşmək istəmirlər. İkinci problem isə bəzən həkimlərin yazdığı müasir dərmanlar dövlət qeydiyyatı yerlərində verilmir. Dövlətin verdiyi dərmanlar isə daha çox ənənəvi dərmanlardır. Yəni müasir və yüksək təsir qabiliyyətinə malik deyil. Daha effektiv dərman preparatları istifadə etmək istəyirsənsə onu xəstə özü almalıdır. Üçüncü məsələ isə qeydiyyata duran şəkərli xəstələrin heç də hamısı dərmanla təmin edilmir. Rayonda keçirdiyim qəbula gələn vətəndaşlar daima şikayətlənir və bildirirlər ki dərmanlar tələbatdan az verilir”.

Masallıda 4483 diabetli xəstənin olduğuna diqqət çəkən deputat bu xəstələrə ayrılan illik vəsaitin 564 min manat olduğunu bildirdi. Millət vəkilinin sğzlərinə görə, bu da ildə adambaşına 126 manat vəsait edir.

“Baş həkimin dediyinə görə isə tam tələbatı ödəmək üçün 270-280 manat vəsait lazımdır. Yəni ancaq 50% Masallının tələbatını ödəmək imkanı var. Dördüncü məsələ isə bundan ibarətdir ki, diabet əslində həyat tərzidir. Düzgün qidalanmaq, düzgün yaşamaq, sağlam həyat tərzi sürmək ən yaxşı vasitədir. Profilaktik tədbirləri isə həkimlər, müəllimlər, həm də cəmiyyət etməlidir. Amma bu gün bu təbliğatın tam əksini görürük. Televiziyalarda əks təbliğat gedir. Demək olar ki, gecə gündüz mətbəx, yemək proqramları verilir. Orada ləziz, dadlı amma şəkərli diabet xəstələri üçün ölümcül qidalar nümayiş etdirilir. İstərdim ki, heç olmazsa qonşu Rusiyada olduğu kimi maarifləndirici proqramlar hazırlansın”.

Şəkərli diabetə azyaşlıların da mübtəla olduğunu deyən Elmira Axundova problemin səbəbini orta məktəblərdə şagirdlərin bədən tərbiyəsi dərslərinə girməməsində görür. Sovet dövrünə nisbətən bədən tərbiyəsi dərslərinin keçirilmədiyini deyən deputatın szölərinə görə, ölkə başçısının idmana diqqət ayırmasına baxmayaraq məktəblərdəki idman zallarının boş qaldığını bildirdi.

“Müəllimlər özləri də etiraf edirlər ki, Azərbaycan uşaqları bədən tərbiyəsi dərslərinə əglmirlər. hesab edirəm ki qanundakı bu boşluq doldurulmalıdır. Amma bu gün qanunda böyük bolluqlar var.”

LEAVE A REPLY