Qliserin və vitamin E möcüzəsi ilə qırışlardan qurtulun!

0
4

Qliserin və vitamin E möcüzəsi ilə qırışlardan qurtulun!

Dərinizdəki qırış, sızanaq ləkələri sizi çox narahat edir? Probleminiz üçün çox möhtəşəm maska təqdim edirik.
Qliserin və vitamin E maskasını gündəlik olaraq da istifadə edə bilərsiz. Vitamin E dəriyə sağlıq verən və yaş əlamətlərinin qarşısını alan yeganə antioksidandır.
Təqdim etdiyimiz maska dərini yeniləyir, yaşlılığı gecikdirir, esterogen ifrazını stimullaşdırır.
Dərinizi təmizlədikdən sonra qliserin və vitamin E qarışımını hər gecə yatmadan əvvəl üzünüzə çəkin. Dəri maskanı özünə çox tez çəkir. Zamanla kiçik qırışlar yoxa çıxır, üzünüz hamar və məxmər kimi olacaq. Qliserinin özünü losyon kimi də istifadə edə bilərsiz.
Qliserin+Vitamin E maskası hər növ dəri üçün uyğundur.
Qliserin və bal qarışımından istifadə edin. Yumşaq alınması üçün yulaf unu da qatın.
Quru dəri üçün qarışıma efir yağı da əlavə edin.
Quru dəri üçün qliserinin üzərinə yulaf unu və xiyar şirəsi də əlavə edə bilərsiz.
Həssas dəri üçün isə qliserin, yumurta sarısı və sitrus şirəsi istifadə edin.
Əgər bu maskaları etməyə həvəsiniz yoxdursa, gündəlik istifadə etdiyiniz kremin içinə qliserin və azca E vitamini əlavə edin.

LEAVE A REPLY