“MADO”DA BİR ARMUDU STƏKAN ÇAY 2 MANATA SATILIR – SOYĞUNÇULUQ

0
4
Natiq Cəfərli: “Bunlar edilsə, məcburən qiymətləri aşağı salmağa məcbur olacaqlar”

 “İctimai-iyaişə obyektlərində qiymətlərin dövlət tərəfindən tənzimlənməsi düzgün deyil”.

Bunu Sherg.az-a paytaxt ərazisində yerləşən “Mado” restoranında 1 armudu stəkan çayın 2 manata satılmasına münasibət bildirərkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, bu tənzimləmənin mexanizmi də yoxdur:
“Qiymətlərin tənzimlənməsi ancaq rəqabətli mühitdə reallaşa bilər, inzibati qaydalar tətbiq etmək mümkün deyil. Təbii ki, son zamanlar Azərbaycana gələn turistlərin çoxluğunu nəzərə alsaq, mərkəz bölgələr turistik hissələr hesab olunur. Başqa ölkələrdə də həmin hissədəki restoranlar baha olur. Ona görə, şəhərin mərkəzində bu qiymət artımını normal qarşılamaq olar.
Həmçinin şəhərin mərkəzində obyektlərin icarə qiymətləri də həddindən artıq baha olduğundan restoranlar da qiymətləri yüksək həddə qoyur.
İctimai-iyaişə obyektlərinin sayının çoxaldılması və keyfiyyətli xidmətin daha da artırılması yolu ilə qiymətlərə təsir göstərmək olar. Lakin inzibati tənzimlənmə mümkün deyil”.
Qiymətlərdən narazılıq edən əhalinin də üzərinə məsuliyyət düşdüyünü diqqətə çatdıran ekspert deyib ki, ictimai qınaq və ya sadə vətəndaşların yüksək qiymətlərə etirazları, obyekti boykot etməsi restoranlarda qiymətlərin aşağı salınmasına şərait yarada bilər:
“Azərbaycanda yeni-yeni turistik “boom” yaşanır və turistlərin gəlməsi artır. Şəhərin mərkəzində olan obyektlər isə bundan istifadə edir. Lakin turist əlavə vəsait ödənilməsini həyata keçirən şəxs deyil. Şəhəri tanıyan, bir neçə dəfə gəlib-gedən şəxslər artıq mərkəzdə deyil, kənar hissələrdə yerləşən obyektlərdə istirahətə, yemək yeməyə üstünlük verməyə başlayacaqlar. Çox ölkələr bunu yaşayır, mərkəzdə yerləşən ictimai-iyaişə obyektləri maraq dairəsini itirir.
Azərbaycanda da gələcəkdə bazar özü bunu tənzimləyəcək. Turistlərin ikinci, üçüncü bölgələrdə yerləşən kafelərdə və restoranlarda nahar etməsi ilə mərkəzdə yerləşən restoranların müştəriləri azalacaq. Nəticədə onlar məcburən qiymətləri aşağı salmağa məcbur olacaq”.
Qeyd edən ki, ötən günlərdə jurnalist Çingiz Özgür öz feysnbuk sıhifəsində sözügedən restorandakı qiymətlərə etiraz edib.
Həmkarımızın  məlum etirazla bağlı statusunu olduğu kimi təqdim edirik:
Mado-nun menyusunda “Armudu stəkanda çay-1 manat” var. Barmağımı qoymuşam üstünə, dəyirəm mənə bundan ver! Ofisiant deyir ki, bundan yoxdu!!! Deyirəm bəs menyuda niyə var?  Deyir çıxaracağıq menyudan. Sadece bir şey bilirəm: Biz edirik! Biz qudurduruq bunları! Birce gün boykot edilsə, heç kəs gəlməsə, bağlayıb qaçarlar ölkədən! Rəsmən soyğunçuluqla məşğuldurlar! Bir stəkan çayı 2 manata verirlər, ona görə deyir ki, 1 manatlıq çaydan yoxdur! Ne bilim”