Rövnəq Abdullayev:“Azərbaycan qazı Avropanın tələbatını təmin etməkdə önəmli rol oynayacaq”

0
5
““Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan, Türkiyə və Avropanın enerji sahəsində uzunmüddətli mənfəətlərinə uyğundur”.

Trend-in məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində çıxışı zamanı deyib.

R.Abdullayev qeyd edib ki, Azərbaycan qazı digər tedarükçülərlə birlikdə Avropanın təbii qaz tələbatının 7,1 faizini təmin etməkdə önəmli rol oynayacaq: “SOCAR olaraq Petkim, TANAP, Star Rafineri, Petlim və həyata keçirdiyimiz bütün layihələrdə hər zaman Türkiyənin dəstəyini hiss edirik”.