İranda Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribat nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyeva və mülki şəxslərə qarşı törədilmiş cinayətləri pisləmək məqsədi ilə kampaniya davam edir.
Milletim.info Strateq.az-a istinadən bildirir ki, 72 saat davam edən “Pray for Zəhra” kampaniyasına 20 min 161 nəfər dəstək verib.
Hər kəsin yanlız 1 imza vermək haqqının olduğu bu kampaniya “Telegram” proqramında həyata kemirilib.
Kampaniyaya qoşulanlar ermənilərin cinayətini pisləyib.
İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.