![1](http://milletim.info/wp-content/uploads/2017/07/1-83.jpg)
Araz çayının Saatlı rayonu, Nərimankənd kəndindən keçən hissəsində 1 nəfər batıb.
“Report” xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.
Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışına başlanılıb. Əlavə məlumat veriləcək.