Ən faydalı mürəbbələr…

0
7

Rusiyanın məşhur “Zdorovye” jurnalı ən faydalı və müalicəvi mürəbbələrin siyahısını tərtib edib:

– moruq mürəbbəsi – iltihab və mikrobəleyhinə təsir edir, hərarəti salır

– heyva mürəbbəsi – ürək-damar sistemi və qalxanvari vəzi üçün faydalıdır

– zoğal mürəbbəsi -soyuqdəymə xəstəlikləri, mədə pozulmaları, böyrək daşı xəstəliyi zamanı yaxşı kömək edir

– qoz mürəbbəsi – ürək üçün faydalıdır, qalxanvari vəzi xəstəlikləri zamanı əsl təbii dərmandır, aterosklerozun profilaktikasında istifadə olunur

– qara qarağat mürəbbəsi – avitaminoz, ürək və damar xəstəlikləri, bronxit zamanı faydalıdır, qanın tərkibini yaxılaşdırır

– quşüzümü mürəbbəsi – güclü mikrob və iltihab əleyhinə təsirə malikdir

– çaytikanı mürəbbəsi – immun sistemi möhkəmləndirir, həzmi yaxşılaşdırır, qaraciyərin sağlamlığına müsbət təsir edir

– zirinc mürəbbəsi – iltihabəleyhinə və hərarətsalan təsirə malikdir, təbii polivitamin vasitədir.