“Erməni qoşunları tərəfindən iki Azərbaycan vətəndaşı, o cümlədən bir uşağın öldürülməsi mühakimə olunmalıdır”.
Bunu İran parlamenti spikerinin müşaviri Mənsur Həqiqətpur deyib.
O qeyd edib ki, dinc sakinlər siyasi mübahisələrin qurbanı olmamalıdır: “Dağlıq Qarabağ tarixən Azərbaycana məxsusdur”.
M.Həqiqətpur, həmçinin Azərbaycan hökumətini Dağlıq Qarabağ münaqişəsinə son qoymaq üçün qəti addımlar atmağa çağırıb/Trend.