Ərdoğandan partiyalara çağırış

0
4

Ərdoğandan partiyalara çağırış

Türkiyə prezidenti Recep Tayyip Ərdoğan ölkənin siyasi partiyalarını “eqolarını kənara qoyaraq” tez bir zamanada hökümət formalaşdırmağa çağırıb.

Türkiyə prezidenti 7 iyun parlament seçkilərindən sonra ilk dəfə olaraq ictimaiyyət qarşısında çıxış edib. Seçkinin nəticələrinə əsasən, hakim Ədalət və İnkişaf Partiyası AKP parlament çoxluğundan məhrum olub.

Paytaxt Ankarada məzun tələbələrlə görüşdə danışan Ərdoğan bütün tərəfləri “xalqın iradəsini əks etdirən” seçkinin nəticəsinə hörmətlə yanaşmağa çağırıb.

AKP koalisiya höküməti yaratmaq niyyətindədir, lakin indiyədək heç bir siyasi partiaya AKP ilə koalisiyaya qoşulmaq istəyini bildirməyib. Cənab Ərdoğan xəbərdarlıq edib ki, Türkiyəni qeyri-müəyyənlik vəziyyətinə salanların hökmünü tarix verəcək.

Türkiyə prezidenti eləcə də vurğulayıb kı, yaranmış siyasi vəziyyəti çözmək üçün payına düşən öhdəlikləri və konstitusiyaya uyğun səlahiyyətlərini yerinə yetirəcəyinə heç kimin şübhəsi olmamalıdır.

LEAVE A REPLY