Əli Həsənov: “Bunun acısını təkcə Azərbaycan deyil, bütün Avropanın idman cəmiyyəti çəkəcək”

0
4

Əli Həsənov: “Bunun acısını təkcə Azərbaycan deyil, bütün Avropanın idman cəmiyyəti çəkəcək”

“Bəzi dairələr cidd-cəhdlə Avropa Oyunlarını siyasiləşdirməyə çalışırlar. Bunun acısını təkcə Azərbaycan deyil, bütün Avropanın idman cəmiyyəti çəkəcək”.

Bunu Azərbaycanın Respublikası Prezidentinin köməkçisi Əli Həsənov bu gün yerli və xarici media nümayəndələrinin iştirakı ilə I Avropa Oyunlarına həsr olunmuş geniş mətbuat konfransında bildirib.

Ə.Həsənov deyib ki, son zamanlar Azərbaycanın yürütdüyü müstəqil siyasətə fərqli subyektiv mülahizələrlə yanaşan qüvvələr belə antiazərbaycan platforması formalaşdırıblar və sistemli şəkildə antiazərbaycan fəaliyyətlərini yönəldirlər:

“Biz bunu ayrı-ayrı beynəlxalq təşkilatların fəaliyyətində müşahidə edirik. Biz bu işlərə təmkinlə yanaşırıq. Öz müstəqil iradəmizlə hərəkət eməyə çalışırıq, Azərbaycanın doğru yolda olduğunu dünyaya çatdırmağa çalışırıq. Bu yol Avropa ilə qarşılıqlı maraqlar çərçivəsində münasibətlərin qurulması yoludur, regionda sivil və müstəqil siyasətin aparılmasıdır və bundan da çəkinmək fikrimiz yoxdur. Biz antiazərbaycan kampaniyasına görə təəssüf edirik və həmin dairələri nə qədər gec deyil bu kampaniyadan çəkinməyə çağırırıq”.

LEAVE A REPLY