Dənizdə batan modelin meyiti tapıldı –Sahildən 200 m uzaqlıqda

0
4

Bakıda dənizdə batan modelin meyiti tapılıb.

Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya bildirilib ki, bu gün Günel Mirzəyevanın meyiti batdığı yerin yaxınlığında aşkar edilərək sudan çıxarılıb.

Qeyd edək ki, Günel Mirzəyeva bir neçə gün əvvəl Bilgəh çimərliyində dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Sahildən 200 metr uzaqlıqda yaxta çevrilib. Nəticədə G. Mirzəyeva dənizdə batıb.

Xatırladaq ki, G. Mirzəyeva “Miss Lafarella” internet müsabiqəsinin iştirakçısı, fitness məşqçisi olub.