“Kimsә deyirsә, milyardlar xәrclәyir, bu, düzgün deyil”

0
4

“Kimsә deyirsә, milyardlar xәrclәyir, bu, düzgün deyil”

Gənclər və idman naziri Azad Rəhimov Niderlandın İkinci Avropa Oyunlarından büdcə məsələsinə görə imtina etməsi ilə bağlı sualı cavablandırıb.

Qafqazinfo-ya istiandən xəbər verir ki, nazir belə cavab verib:

“Avropa Oyunlarını keçirmәk üçün büdcә ilә bağlı iki rәqәm var. 57 milyon vә 125 milyon. Hәr hansı hökumәtin dәstәyi olmadan Avropa Olimpiya Komitәsi orda yarış keçirә bilmәz. Biz Avropa Oyunları ilә bağlı büdcәmizi açıqlamışıq və bir daha deyirəm 960 milyondur. Bunu açıqlamışıq vә yenə də deyirəm ki, gözlәnilmәz xәrclәr oldu və büdcə artdı. Kimsә oturub bu xәrclәri hesablaya bilәrsә, hesablasın. Amma bu çox çәtindir. Birlikdә saysaq, obyeklәrin tikilmәsi vә 2013-cü ildən xәrclәnәn pullar 2 milyarda çatar. Amma mәn 960 milyonu әmәliyyat xәrclәri olaraq deyirәm. Kimsә deyirsә milyardlar xәrclәyir, bu, düzgün deyil”.

LEAVE A REPLY