Millət vəkilindən Xalq artistinə ev bağışlayan məmura cavab: “İşvəkar xanıma xərclədiyi pulu…”

Millət vəkilindən Xalq artistinə ev bağışlayan məmura cavab: “İşvəkar xanıma xərclədiyi pulu…”

0
4

“Bir artistə pullu məmurlardan biri ikiotaqlı mənzil bağışlayıb. Nə olardı, həmin ikiotaqlı evi illərdir aspirantlar yataqxanasında, yaxud kirayə zirzəmidə ailəsi ilə birlikdə zillət çəkən bir fizik, bir kimyaçı, bir geoloq alimə bağışlasaydın.”

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun Xalq artisti Məleykə Əsədovaya ev bağışlamasına münasibətində deyib. O, qeyd edib ki, hansısa pullu məmur hansısa işvəkar xanıma xərclədiyi pulun cüzi bir hissəsini bir elm adamına, bir yüksək istedadlı tələbəyə, imkansızlıqdan əziyyət çəkən bir istedadlı hərbçiyə, yüksək zəkalı bir yazara xərcləsə, o zaman bir yerlərə ucalan adamlarımızı görmək mümkün olar:

“Bunlar yoxdursa, hələ intellekt oyunlarında çempionlar da olmayacaq, qalib gəlməyə qadir komandirlər də olmayacaq, Nobel alan alim də olmayacaq. İnsanın ortasının qiyməti başından yuxarı olan cəmiyyətlərin payını daha hazırlıqlı kimliklər əlindən qoparıb ala bilir. Təəccüblənməyin.”

Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov mətbuata müsahibəsində Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədovaya mənzil bağışladığını açıqlayıb. Aktrisa isə məlumatı təkzib edib.