Tağı Əhmədov, oğlu və qardaşı oğlu Akif Çovdarovun məhkəməsində ifadə veriblər –Foto

Tağı Əhmədov, oğlu və qardaşı oğlu Akif Çovdarovun məhkəməsində ifadə veriblər –Foto

0
4

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Günün ikinci yarısında məhkəmənin iclası davam edib.

Milletim.info Apa-ya istinadən xəbər verir ki, A. Çovdarov biznesmen İlqar Budaqovun dinlənilməsi barədə danışıb.

O bildirib ki, İ. Budaqovun telefonlarının dinlənilməsi üçün məhkəmə qərarı olub: “Bir nəfər oğurluq edir, məhkəmədə hakim buna deyir ki, utanmırsan gecə saat 2-də camaatın evinə girib narahat edirsən? Sonra buna iş kəsir, həmin adam həbsdən çıxandan sonra yenə oğurluq edir. Bu dəfə gündüz edir. İş yenə həmin hakimə düşür. Hakim yenə buna deyir ki, sən nə utanmaz adamsan, gündüz oğurluq edirsən. Oğru dözməyib deyir ki, cənab hakim, gecə oğurluq etdim elə dediniz, gündüz də etdim belə dediniz. Bəs mən nə vaxt oğurluq edim? İndi mən də məhkəmə qərarı ilə də dinləmə aparanda günahkar oluram, məhkəmə qərarı olmadan dinləmə aparanda da”.

Məhkəmə prosesi iyulun 3-də davam etdiriləcək.