Avropa Məhkəməsində jurnalist Əfqan Muxtarlı ilə bağlı məsələnin araşdırılması başlanıb

0
2
Avropa İnsan Hüquqları Məhkəməsi jurnalist Əfqan Muxtarlının işinə baxılmasına başlayıb.

Məhkəmə iyunun 8-də bununla bağlı Azərbaycan hökumətinə sorğu göndərib.

Vəkil Elçin Sadıqov Turan-a bildirib ki, qarşıya qoyulan suallara cavab vermək üçün iyulun 16-dək hakimiyyətə vaxt verilmişdi. AİHM tərəfindən işə bu cür operativ baxılması bu işin prioritet olması ilə izah edilir, çünki söhbət adam oğurluğundan gedir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı bəyanatda isə deyilir ki, Azərbaycan Respublikasının vətəndaşı Əfqan Muxtarlı 29 may 2017-ci il tarixdə saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.