Sumqayıt cümə məscidində Qədr gecəsi – ViDEO

0
6


Veten-Tv.az
bildirir ki, Ramazan ayının 22-dən 23-nə keçən gecə (bu il iyunun 17-dən, iyun 18-nə keçən gecə) üçüncü, ehtimal edilən Qədr gecəsidir.

Quran məhz Qədr gecəsində Peyğəmbərə (s) nazil olub. Onun konkret hansı gecə olduğu bəlli deyil.

Amma Peyğəmbər(s) və imamlardan gələn rəvayətlərə görə Qədr gecəsi Ramazan ayının 19, 21, 23-cü və ya sonrakı tək gecələrindən biridir. Bu gecələr xalq arasında “Əhya gecələri” kimi də tanınır. Yenə də hədislərə əsasən, məhz bu gecənin Qədr gecəsi olmağı daha çox ehtimal edilir. Əgər Ramazan 11 ayı sultanı sayılırsa, Qədr gecəsi də Ramazan ayının sultanıdır.

Bu gecələri səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır. Müsəlmanlar beləcə Qurana, Allahın buyruqlarına dərin ehtiramlarını nümayiş etdirirlər, eyni zamanda 1000 aydan xeyirli bir gecənin fəzilətlərindən yararlanmağa çalışırlar.

Bu gecələr həmçinin İmam Əli (ə.s) ilə bağlıdır. Həzrət Əli (ə.s) ehtimal edilən birinci Qədr gecəsi məsciddə ibadət edərkən qılınc zərbəsi alıb, ikinci gecədə dünyasını dəyişib. Bu gecələr müsəlmanlar birinci imamlarına da matəm saxlayır, onun qatilini lənətləyirlər.

Əməkdaşlarımız Qədr gecəsi Sumqayıt cümə məscidində oldular.

Sumqayıt cümə məscidindən videoreportajı Sizlərə təqdim edirik: