Gürcüstan 2 Azərbaycan vətəndaşını saxladı –300 min dollarlıq qızıl aparırmışlar

0
6
İyunun16-da Gürcüstanda bu ölkəyə qanunsuz olaraq 1,3 kiloqram qızıl aparan iki Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə newsgeorgia.ge saytı Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, qaçaqmalçılıq yolu ilə Gürcüstana keçirilən qızılın qiyməti 281 min dollardan çoxdur.

Faktla bağlı cinayət işi qaldırılıb və qaçaqmalçıları 7 ilədək həbs gözləyir. Maliyyə Nazirliyinin İstintaq Xidməti qızıl qaçaqmalçılarının adını açıqlamır.

Son iki ildə Azərbaycandan Gürcüstana və Türkiyəyə qaçaqmalçılıq yolu ilə qızıl aparan bir neçə Azərbaycan vətəndaşı tutulub. Onlardan onlarla kiloqram qızıl götürülüb.

amerikaninsesi.org