Arxasız qalan “cəbhə”də baş verənlərin pərdəarxası…

0
4

AXCP iflasa doğru?!
Arxasız qalan “cəbhə”də baş verənlərin pərdəarxası…

AXCP sıralarından qovulmuş üç gəncin yenidən partiya sıralarına bərpa edilməsi Əli Kərimlinin mövqeni əldən verməsi kimi qiymətləndirilmişdi. Partiyanın Suraxanı rayon şöbəsində qeydiyyatda olan gənclərin Nərimanov rayonuna “transfer” edilməsi qeyri-adi görünsə də, həmin rayon şöbəsinin təşkilat şöbəsinin müdiri Ağasirin Tanrıverdioğlunun AXCP sıralarından çıxarılması bir çox qaranlıq məqamlara aydınlıq gətirə bildi.
Əslində isə, Ağaşirin bəy AXCP-də “bulanıq suda balıq tutmaq” istəyənlərin hamısını “aydınlığa” çıxardı. Ə.Kərimlinin kommersiya strukturunda sən demə, əməlli-başlı oyunlar gedirmiş. Bu barədə mətbuatda açıqlama edən sabiq cəbhəçi AXCP-dən çıxarılmasıyla razılaşmayacağını partiyanı məhkəməyə verib 156 min manat təzminat tələb edəcəyini bildirib.
Bir müddət öncə- AXCP-dən üç gənc çıxarıldıqda Canımız Azərbaycan Naminə Partiyanın (CANP) sədri Ramiz Tağıyevin adı da hallandırılmışdı. “Millətim”ə öz mövqeyini bildirən Ramiz bəy AXCP-də baş verənlərdə maraqlı olmadığını, əksinə ömrünün ən yaxşı çağlarını həsr etdiyi AXCP-nin bütövlüyünü, güclü olmasını arzuladığını bəyan etmişdi. Qəribədir, belə bir bəyanatdan sonra A.Tanrıverdioğlu AXCP-dən çıxarılır və əsas səbəb kimi Ramiz bəylə yaxınlığı önə çəkilir. Əlbəttə, maraqlı məqam olduğu üçün CANP sədrinə bir daha müraciət etməli olduq. O, nəinki Ağaşirin bəylə, AXCP-dəki tanışlarının hamısıyla səmimi olduğunu, onlarla tez-tez görüşüb, çay süfrəsi arxasında müzakirələr apardığını söylədi:”Mən onlarla sadəcə olaraq dostluq münasibətləri saxlamışam. Ötən dəfə də qeyd etmişdim, onlarla yaxınlığımda dünənə qədər heç bir siyasi marağım olmayıb. Ancaq indi vəziyyət dəyişdi. Ömrünün 25 ilini AXCP-yə həsr etmiş mübariz insan olan A.Tanrıverdioğluna qarşı edilən haqsızlıq,üstəlik də mənim adımın hallandırılmasını Əli Kərimliyə bağışlamayacağam. Təsəvvür edirsiniz, insanın 25 illik əzabını mənimlə çay içdiyinə görə yerə vurdular. Deyəndə ki, Əli xəstədir, bir çoxları dodaq büzür, məni qısqanclıqda suçlayırlar. O adam həqiqi mənada xəstədir, inanmırlar, onda bircə dəfə zəhmət çəkib, onu Maştağada yerləşən ruhi-əsəb xəstəxanasına aparıb, müayinədən keçirsinlər. Düzdür, Əli iqtidar tərəfindən ciddi himayə olunur, ancaq artıq “qatar gedib”, onu mənim əlimdən kimsə ala bilməyəcək. Tezliklə, AXCP-dəki böyük əksəriyyətlə birgə CANP-la birləşdirici qurultay keçirməyə nail olacağıq. Əli partiyasının proqramına, nizamnaməsinə çoxdan xəyanət edib. Onun AXCP-nin qurultayını keçirə bilməməsinin də əsil səbəbi xain xislətli olmasıdır. Xainlər İsə, bildiyimiz kimi, xoflu olur. Əli öz ətrafından daima ehtiyat edib, xoflanıb. Etdiyi xəyanətlərin bir gün öz qarşısına çıxacağını bilərəkdən qorxuya düşüb.”

“Əli Kərimli insanlığını itirmiş birisidir”
AXCP sədrinin heç bir zaman güclü liderə çevrilə bilməyəcəyini qeyd edən R.Tağıyev ötən illəri bir daha yada saldı: “Əli ilə yaxın münasibətimiz olub. Etiraf edim ki, bir zamanlar ona hörmətlə yanaşmışam. O zaman gənc idi, mən də gənclərin önə çıxmasının tərəfdarı olaraq ona dəstək verirdim. Əliyə görə dəfələrlə həyatımı risq altına qoydum. Ancaq o, belə yaxşılıqları dəyərləndirə biləcək keyfiyyətlərə malik birisi deyil. Özünə vurulması, özündən razılığı xəstəliyinin əlamətidir. Təəssüf ki, ətrafında qalmış AXCP yetkililərinin bir çoxu da Əlinin günündədirlər. Belə olmasaydı, onlar “Ağaşirin Ramizlə bir yerdə çay içir” deyib, qalmaqal yaratmağa girişməzdilər. Təəssüf ki, elələri uzun illərdir ki, Azərbaycan cəmiyyətində siyasi münasibətlərin düşmənçiliyə çevrilməsinə bir qədər nail olublar. Mənim üçün insani münasibətlər daha önəmlidir. Dostluğa daima sadiq olmuşam. Harada olmalarından, hansı siyasi baxışın sahibi olmalarından asılı olmayaraq onları itirməmişəm. Onlara münasibətim dəyişməyib. Ölkəmizdə sülhün, əmin-amanlığın, qarşılıqlı hörmətin tərəfdarıyam. İnsanları qarşı-qarşıya qoyub, nifaq salmaqla məqsədimə çatmaq niyyətim yoxdur. Əli elə danışır ki, guya bu ölkədə qanunsuzluğa, ədalətsizliyə ondan savayı mübarizə aparan yoxdur. Əslində isə, o xalq üçün mübarizə aparmır, yalnız və yalnız özü üçün , öz yaxın çevrəsi üçün mübarizə aparır. O, iddia edir ki, Azərbaycan cəmiyyətində ciddi təbəqələşmə gedib. Razıyam, bu acı gerçəklikdir. Sirr deyil ki, artıq ölkəmizdə orta təbəqə yoxdur. Kiçik bir qrup hədsiz zəngin yaşayır, böyük əksəriyyət isə gün çörəyi qazanmaq uğrunda mücadilə aparır. Sual olunur, Əli Kərimlinin partiyasında vəziyyət necədir? Təəssüf ki, AXCP-də təbəqələşmə daha faciəvidir. 22 ildir heç bir faydalı əməklə məşğul olmayan Ə.Kərimli ölkə oliqarxları səviyyəsində yaşayır. Yaxın çevrəsindəki 5-10 nəfər də zənginlərdən heç nə ilə fərqlənmirlər. A.Tanrıverdioğlu kimilər isə əli tərəfindən sonuna kimi istismar olunub, taleyin ümidinə buraxılır. Bu kişilikdirmi, insanlıqdırmı? Əsla!!!
Bütün bunlar söyləməyə əsas verir ki, Əli Kərimli insanlığını itirmiş biridir. Artıq onu hər kəs tanıyır və oynadığı rollardan da xəbərdardırlar. Məhz həmin səbəbdən də onun mitinqlərinə 400-500 insan gəlir ki, onların da əksəriyyəti təsadüfi tamaşaçılar və yaxud 5-10 manata aldanıb gələnlər olur. “Milli Şura”nın, əslində isə AXCP-nin keçirdiyi son mitinq söylədiyimi bir daha təsdiq etdi”.

“Məni öldürmək istədilər, Allah etdiyim yaxşı əməllərə rəğmən məni qorudu”.
A.Tanrıverdioğlu Ə.Kərimlinin yaxın çevrəsi barədə ciddi açıqlamalar edib. Belə ki, AXCP sədrinin “Milli Şura”nı Cəmil Həsənlinin əlindən almaq istədiyi barədə verdiyi informasiya geniş müzakirə mövzusuna çevrilib. Ə.Kərimlinin yaxınları “Milli Şura”nın mitinqlərində C.Həsənlini dəstəkləyən şüarların səsləndirilməsini qadağan ediblərmiş. Son mitinqdə Ə.Kərimlinin ən böyük lider kimi təqdim edilməsi Ağaşirin bəyin söylədiklərini bir daha təsdiq edib. Ömrünün 25 ilini AXCP-yə həsr etmiş sabiq cəbhəçi AXCP sədrinin yaxın çevrəsini, hətta övladlarını əsgəri xidmətdən yayındıra bildiklərindən söhbət açıb. Görünən odur ki, AXCP iqtidarın nüfuzlu nümayəndələri tərəfindən himayə olunur. Belə olmasaydı AXCP yetkilisi Məmməd İbrahimin 3 oğlu fərarilik edə bilərdimi?
A.Tanrıverdioğlunun açıqlamalarına toxunan R.Tağıyev AXCP-də baş verən çirkin oyunların başında Ə.Kərimlinin durduğunu söyləyib:”Əli çox mahir çirkin oyunlar ustasıdır. Onun üçün Vətən, Millət anlayışı yoxdur. O, kiminlə oyunlar oynamayıb ki? Bir zamanlar Fərhad Əliyevin çirkli pulları ilə yemlənirdi. Ancaq partiyada özünü elə aparırdı, elə sızıldayırdı ki, guya gün çörəyinə möhtacdı. İndi də iqtidardakı bir klanla əlaqəlidir. Ölkənin pulları okeanın o tayından dövr edib Əlinin cibinə axır. Ona partiya gəlir mənbəyidir. Bu adam Fransanın prezidenti Fransua Ollandın qarşısında göz yaşı axıtmaqdan da xəcalət çəkmədi. Guya, Olland Azərbaycanın dostuymuş. Diqqət yetirin, onun özü kimi satqın olan tərəfdarlarının hamısı qaçıb Fransaya sığınır. Niyə məhz Fransaya? Bu sualın cavabı birmənalıdır; onlar üçün kimə xidmət göstərməkləri maraqlı deyil, təki para olsun. Ə.Kərimlinin mətbuat xidmətinin rəhbəri də Fransaya qaçıb. Həmin Natiq Adilov mən həbsdən azad olduqdan sonra sosial şəbəkədə dostum Sərdar Əlibəyliyə barəmdə ağzına gələni yazmışdı.Guya, mənim həbs olunmağımda oyunuymuş. Çirkin oyunlara alışmış biriləri adlarını başqalarına qoymağa alışıq olurlar. Belə bədbəxtlər, başda Əli Kərimli olmaqla çəkdiyim bir günün əzabını çəkə bilməzləz. Son həbsimdə məni öldürməyə qalxmışdılar. Saxlandığım Bakı İstintaq Təcridxanasında şəkərim kəskin azaldı. Uzun illərdir ki, şəkər xəstəliyindən əziyyət çəkməyimə baxmayaraq, yeməyimə qatılmış “dərman” nəticəsində 200-300-dən aşağı düşməyən şəkərim 10-na düşdü. Bəlkə də, zamanında etdiyim yaxşılıqlara rəğmən Allah məni qorudu. Son mitinqdə gördünüz nə baş verdi? Tribunaya bir gənc qalxmışdı, aparıcı Əbülfəz Qurbanlının boğazı qurudu, Əli Kərimlinin də özü… Əllərinə mikrafon alan kimi olurlar “qəhrəman”. Özlərindən savayı hər kəsi edirlər xəyanətkar. Sual edən də yoxdur ki, bəs siz kimsiniz? Xaricilərin qarşısında əzilib-büzülməklə qəhrəmanlıqmı olur. Böyük Şəhriyar deməli, bunlar elə bilirlər ki, “çay sandığında Çindən nicat gələcək”. Nicat öz xalqına güvənib, ardıcıl mübarizə aparmaqla olur. Fransada, Almaniyada və yaxud okeanın o tayında satqın adamlarını yerləşdirib. Vətənin barəsində ağzına gələni danışdırmaqla nicat olmur.”

“Cəbhəçiləri çox müdafiə etdik, ancaq dəyərləndirən olmadı”

A.Tanrıverdioğlunun söylədiklərinə görə, partiyadan çıxarılmasına birbaşa Ə.Kərimli, Gözəl Bayramlı, Fuad Qəhrəmanlı və Həsən Kərimov rəhbərlik ediblər. Nərimanov rayon təşkilatının məclisində əsas müzakirə mövzusu da məhz Ramiz Tağıyev barəsində olub. Ramiz bəy bəzən çaqqalların qurdlara ulaşa bilməsini xatırlatdı: “Gözəl Bayramlı həbs edildikdə onun müdafiəsinə qalxdıq. O cümlədən Cabbar Savalanlı, Seymur Həzi, Pərviz Həşimli, Rafiq Daşdəmirovun oğlunun həbsini qətiyyətlə pisləyib, onların müdasiəsinə qalxmışıq. Hətta,AXCP-yə qərargah ayrılmamasını pisləmişik. Zaman-zaman Ə.Kərimlini müdafiə edən yazılara imza atmışıq. Yəqin ki, nadanların təşəkkürü belə olur. Belə görünür ki, Əli mənə meydan oxumaq istəyib. Nə olar. Biz də meydanı boş qoymarıq. Cavablarını layiq olduqları qədər verəcəyik. Əlbəttə, o, xarici təşkilatların və iqtidardakı klanların birinin müdafiəsinə çox arxayındır. Ancaq fərq etməz, Ramiz Tağlıyev kiminsə qarşısından geri çəkilməyə alışıq deyil. Türklər demişkən, “Hodri meydan”.
CANP sədri ölkədəki siyasi proseslərə AXCP-dən tam fərqli baxışları olduqlarını da xüsusi olaraq vurğuladı: “ Biz yalnız Millətimə güvənirik. Xaricilərin Azərbaycana xoş olmayan münasibəti kimə aydın deyil ki? Belə olmasaydı, yəqin ki, əsas dərdimiz olan Qarabağ problemi çoxdan həll olunardı. Təşkilatımızın adından göründüyü kimi əsas vəzifəmiz Millətimizin hər bir nümayəndəsinin hansı mövqedə olub-olmamasından asılı olmayaraq mehribançılığa, birliyə, can deyib, can eşitməyə dəvət etməkdir. Görünən odur ki, Ə.Kərimli kimilər Millətin hədsiz parçalanmasına müəyyən qədər nail ola bilib. O günə qalıb ki, əməlinin nəticəsi olaraq özü də tam təklənib. Kim bilmir ki, “Milli Şura” adlı qurum yoxdur. Orada yalnız AXCP var. Ağaşirin bəy Əlinin növbəti oyunu barəsində də ciddi açıqlama verib ki, özünü “Milli Şura”nın sədri hesab edən C.Həsənli bundan nəticə çıxarmalıdır. Bəli, hədəfdə odur. Əli AXCP-ni Müsavatın gününə salıb, “Milli Şura” sədri olmaqla gündəmdə qalmağa çalışacaq. C.Həsənlinin sıradan çıxarılması Əliyə iqtidardan gələn sifarişdir. Düşünürəm ki, bu məşhur oyunbazın son oyunu olacaq. Yəqin ki, eşitmisiniz, indi siyasi cəmiyyətdə Əliyə cürbəcür adlar qoyulub. Qeyri-adi hərəkətlərinə görə özünü gülüş hədəfinə çevirməsi ona “Mister Bin” adını qazandırıb. Bir çoxları isə fırıldaqlarına rəğmən onu Əli Bender adlandırırlar. Bax belə, budur, sizlərin hələ də yaxşı tanımadığınız Əli Kərimli”.
Belə görünür ki, Ağaşirin Tanrıverdioğlunun AXCP-dən çıxarılması Əli Kərimliyə baha başa gələcək. R.Tağıyevin açıqlamalarından hiss etmək olur ki, əsas dava I Avropa Oyunlarından sonra başlayacaq: “Mən keçmiş idmançıyam. İdmana marağım böyükdür. Ə.Kərimlidən fərqli olaraq həmin oyunların Azərbaycanda keçirilməsini alqışlayıram. Bu ərəfədə ölkəmizdə sabitliyin qorunması hər bir Millətsevər, vicdanlı vətəndaşın borcu olduğundan, indi əsas diqqətimizi həmin oyunların yüksək səviyyədə keçirilməsinə yönəltmişik”.

Nicat Sadiq

LEAVE A REPLY