Bu şokaladları YEMƏYİN: Ölümcül bakteriya TAPILDI – SİYAHI

0
6

ABŞ-ın  şokolad nəhəngi sayılan Marsın məhsullarında ölümcül salmonella bakteriyası tapılıb.

Repost.az xəbər verir ki,  Firma İngiltərə və İrlandiyada satılan “Galaxy Teaser bar”, “Counters və Minstrels” məhsullarını geri çağırıb. Bu qərarın verilməsinə səbəb  Mars səlahiyyətlilərinin cümə axşamı Londonun şimal-qərbində yerləşən Sloughdaki laboratoriyada istifadə tarixi 2018-ci ilin may ayına qədər olan paketlərində ölümcül salmonella bakteriyası aşkarlanması olub. Firma müştərilərinə sözügedən məhsullarla bağlı xəbərdarlıq edib. Səlahiyyətlilər  deyiblər ki, bu məhsulların hansı tarixdən satışa çıxarıldığını bilmirlər.

Qeyd edək ki, Mars bir neçə ay əvvəl  də ehtiyat tədbirləri məqsədi ilə 55 ölkədə satılan bəzi məhsullarını geri çağırmışdı.

Salmonella nədir?

Salmonella qida zəhərlənmələrinin  ən məşhur səbəblərindən biri olan bir qrup bakteriyanın adıdır. Salmonella bakteriyasının səbəb olduğu infeksiya yüksək səviyyədə ishal, qızdırma, titrəmə, abdominal narahatlıq və qusmağa səbəb olur. İnfeksiya tədbir alınmaması vəziyyətində uşaq, yaşlılar və immunitet sistemi zəif insanlar üçün ölümcül nəticələr doğura bilər.