Azərtac “hi-news.ru” saytına istinadən xəbər verir ki, “Engadget” nəşrinin əməkdaşlarının sözlərinə görə, Mark Zukerberqin komandasının yeni həlli “Snapchat” kimi analoji məhsullarla rəqabət aparacaq. Həmçinin şirkətin serverlərinin yüksək məhsuldarlığına baxmayaraq, ehtimal ki, onlar 24 saat ərzində arzuolunmaz məzmunun silinməsi məsələsinin öhdəsindən gəlmir. Qeyd edək ki, yalnız “Facebook” deyil, həmçinin “Twitter” və “YouTube” bu problemdən əziyyət çəkir.
Şayiələrə görə, “Talk” adlanacaq yeni proqram uşaq və yeniyetmələrin kontaktlarına tam nəzarət etməyə imkan verəcək və 16 yaşadək yeniyetmələr üçün nəzərdə tutulub. “Talk” messenceri oyunlar oynamağa, doğmalar, dostlarla foto və yazıları paylaşmağa imkan verəcək. Bu halda yeni messencer üçün “Facebook”da hesab açmaq lazım deyil, amma valideynlər “böyük” messencerin köməyi ilə uşaq tərəfindən şəbəkədə baxılan məzmuna nəzarət edə biləcək.